Almaniya kansleri: "Rusiya bu ziyanı ödəməsə..."
Rusiya, Ukraynaya vurduğu ziyana görə 500 milyard avro kompensasiya ödəmədikcə, onun dondurulmuş aktivlərinə çıxışı mümkün olmayacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Mers (Friedrich Merz) jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, beynəlxalq hüquq və ədalət prinsipinə uyğun olaraq, Rusiya işğal nəticəsində Ukraynaya dəyən maddi ziyana görə cavabdehlik daşımalıdır.
Kansler eyni zamanda vurğulayıb ki, Almaniya ABŞ-dan əlavə "Patriot" hava hücumundan müdafiə sistemləri almağa hazırdır və bu sistemlərin bir hissəsi Ukraynaya göndəriləcək.
Mers bildirib ki, bu addımlar həm Ukraynanın təhlükəsizliyini gücləndirməyə, həm də Rusiyanın təcavüzkar siyasətinə qarşı Avropanın birgə cavabını nümayiş etdirməyə yönəlib.
Natiq Səlim,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
Azərbaycan nefti bahalaşdı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi