"Türk Hava Yolları"nın təyyarəsində gərgin anlar: Biznesmeni sellofana bükdülər - VİDEO
"Türk Hava Yolları"nın təyyarəsində gərgin anlar: Biznesmeni sellofana bükdülər - VİDEO
Türkiyənin İstanbul şəhərində hava limanında Kamerundan olan biznesmen sellofana bükülərək vətəninə yola salınıb.
"The Sun"un verdiyi məlumata görə, hadisə "Türk Hava Yolları" aviaşirkətinə məxsus təyyarədə qeydə alınıb.
Sərnişinlərdən biri tərəfindən çəkilən videoda qırmızı köynək geyinmiş kişinin köməyə çağırdığı görünür.
Məlumata görə, Emmanuel Fosso Someon Çedju Dubaya məzuniyyətə gedirmiş. O, növbəti reysə kimi qalan səkkiz saatlıq müddətdə İstanbul hava limanını tərk edərək gəzməyə çıxmaq istəyib. Lakin pasportun yoxlanılması zamanı hüquq mühafizəçiləri onu saxlayaraq vizanın saxta olduğunu bəyan ediblər.
Biznesmen vurğulayıb ki, o, sənədlərinin saxta olduğunu ancaq həbs zamanı öyrənib. Çedjunun sözlərinə görə, hüquq mühafizəçiləri ondan bilmədiyi türk dilində yazılan sənədə imza atmasını istəyib, o isə bundan imtina edib.
Bundan başqa, turistin 2400 dolları (4080 AZN) müsadirə edilib.
O, həmin aviaşirkətin təyyarəsi ilə Kameruna göndərilib. Məlum olub ki, turistin partnyorları da saxta sənədlərlə əlaqədar saxlanılıb. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb