Türkiyə Azərbaycana dəstək verməyə davam edəcək - Fəxrəddin Altun
Azərbaycanın tarixi torpaqlarının erməni işğalından azad edildiyi dövrdə Türkiyə qardaş ölkəyə təkcə siyasi, müdafiə və ictimai sahədə deyil, informasiya sahəsində də fəal dəstək verib.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun çərşənbə axşamı Ankarada Azərbaycanın 2020-ci ildə 44 günlük müharibədə əldə olunan qələbəsinin ikinci ildönümünə həsr olunan konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycanın atdığı koordinasiyalı addımlar sayəsində Ermənistan və erməni lobbisi tərəfindən yayılan dezinformasiyanın təsiri minimuma endirilib ki, bu da Cənubi Qafqaz həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına imkan verib.
O qeyd edib ki, erməni lobbisi indi də Cənubi Qafqazın mənzərəsini təhrif etməyə, ermənilərin işğal zamanı törətdikləri cinayətlər barədə məlumatları arxa plana keçirməyə və Azərbaycanın imicinə zərbə vurmağa çalışır:
"Azərbaycan və türk dünyası ermənilərin cinayətlərini unutmayacaq. Azərbaycan övladlarının qəhrəmanlığı sayəsində tarixi ədalət bərpa olundu. Türkiyə Azərbaycanı dəstəkləmək üçün, o cümlədən informasiya sahəsində, əlindən gələni etməyə davam edəcək. Qarabağ azaddır və bir daha işğal altında olmayacaq!"

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü