Türkiyə bu üç ölkə ilə ittifaq qurmalıdır – Perinçek
Türkiyənin müxalif "Vətən" partiyasının sədri Doğu Perinçek iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitini "ittifaqın dəfn mərasimi" adlandırıb.
KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, o, ABŞ və İsrailin yaratdığı təhdidlərə qarşı çıxa biləcək yeganə qüvvənin Türkiyə, Rusiya, Çin və İrandan ibarət ittifaq olacağını iddia edib.
"İyulun 7-8-də Ankarada keçiriləcək NATO sammiti təşkilatın dəfn mərasimi olacaq. Türkiyə üçün NATO sistemində müstəqillik, suverenlik, təhlükəsizlik və ya iqtisadiyyat yoxdur, ona görə də ittifaqdan çıxmalıdır", – o, İstanbulda NATO iclasına həsr olunmuş konfransda bildirib.
Perinçek iddia edib ki, Türkiyə, Rusiya, Çin və İran arasında ittifaqın yaradılması dörd ölkə üçün zəruri və qaçılmazdır:
"Bu onlar və bütün bəşəriyyət üçün müharibənin qarşısını almağın yeganə həllidir. Bu ittifaq ABŞ və İsrailin yaratdığı təhlükəni cilovlaya bilən qüvvədir".
Kurslar.az kurslar [newsid: 0-123300]

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK