Türkiyə əcnəbilərin daşınmaz əmlaklarına nəzarəti GÜCLƏNDİRİR
Türkiyə oktyabr ayına qədər əcnəbilərin aldığı daşınmaz əmlaka, o cümlədən onların icarəyə verilməsinə nəzarət sistemini gücləndirə biləcək qanun layihəsi hazırlayacaq.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Turizm Müdirləri Dərnəyinin idarə heyətinin sədri Kaan Kavaloğlu deyib.
Onun sözlərinə görə, əsas diqqət Antalya vilayətində daşınmaz əmlakla bağlı vəziyyətə yönəldilməlidir:
"Antalyada əcnəbilərin aldığı evlər təyinatı üzrə istifadə edilmir. Bu, xüsusilə Alanya, Konyaaltı bölgələrinə aiddi və otel fəaliyyətinə böyük ziyan vurur. Bir əcnəbi 80 mənzil alıb və vətəndaşlara icarəyə verib".
Qeyd edilib ki, söhbət rusdan gedir.
Kavaloğlunun sözlərinə görə, Antalyada daşınmaz əmlak almaqda ruslar, almanlar və ukraynalılar liderdir. Onun assosiasiyası məşhur kurort yerləri olan digər ölkələrin təcrübəsini öyrənib və nazirliklərə əcnəbilərin əlində olan daşınmaz əmlaka nəzarəti gücləndirmək üçün qanunvericiliyin hazırlanması ilə bağlı təkliflər hazırlayıb. Bu, digər məsələlərlə yanaşı, şəxsi yaşayış üçün alınmış daşınmaz əmlakın nəzarətsiz və hesabatsız icarəyə verilməsinin qarşısını almaq üçün lazımdır.
Onun sözlərinə görə, oktyabr ayına qədər idarələrlə birlikdə müvafiq qanun layihəsi hazırlanacaq.
İqbal Rzayev,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ