Türkiyə Putini gözləyir

Türkiyə Putini gözləyirRusiya və Türkiyə prezidentlərinin görüşü gözlənilir.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, hər iki ölkənin diplomatları məsələ üzərində işləyir.
Rəcəb Tayyib Ərdoğanın administrasiyası bildirib ki, Rusiya və Türkiyə prezidentlərinin daha əvvəl ilin əvvəlinə planlaşdırılan görüşü gündəmdə qalır.
"RİA" Novosti" isə xəbər verir ki, gələcək danışıqlarla bağlı hələlik konkret məlumat yoxdur.
Görüş gündəmdədir, diplomatik kanallarla müvafiq işlər aparılır. Hələlik konkret bir şey yoxdur".
Xatırladaq ki, bir qədər əvvəl Vladimir Putin Türkiyə lideri ilə 2024-cü ilin əvvəlinə planlaşdırılan görüşdən danışmışdı. Türkiyə lideri isə rusiyalı həmkarı ilə danışıqlar aparacağını təsdiqləmişdi.
Ankara Universitetinin professoru Toğrul İsmayıl "Vestnik Kavkaza"nın müxbiri ilə söhbətində Vladimir Putinin uzun müddət sonra Türkiyəyə ilk səfərinin zəruriliyindən danışıb.
"Son bir neçə ildə Rusiya ilə Türkiyə arasında münasibətlər yalnız yaxşılığa doğru inkişaf edir və bu baxımdan, Vladimir Putinin Ankaraya səfəri həqiqətən də gecikib. Fakt budur ki, uzun müddətdir Ərdoğan və Putin arasında şəxsi görüşlər məhz Rusiyada baş tutmuşdu. Amma indi liderlər dünyaya nümayiş etdirməlidir ki, münasibətlər məhz qarşılıqlı şəkildə mövcuddur".
"Prezidentimiz Rusiya ilə yaxşı münasibətlərin Türkiyə üçün vacib olduğunu göstərməyə çalışır və təkcə iqtisadi deyil, həm də siyasi müstəvidə. Rusiya prezidentinin paytaxtımıza səfər etməsi bu baxımdan olduqca vacibdir. Təbii ki, bu səfər Rusiyanın ABŞ və Avropa İttifaqı ilə münasibətlərinin necə pisləşdiyi fonunda Moskva üçün də xüsusilə vacibdir", – Toğrul İsmayıl əlavə edib.
"Türkiyənin Rusiya-Ukrayna böhranı vəziyyətinin həllində vasitəçi rolunu oynamaq istəyini də unutmaq olmaz. Sözsüz ki, bu, Ərdoğan və Putin arasında ənənəvi ikitərəfli gündəmdən kənar danışıqların əsas mövzularından biri olacaq. Bu baxımdan, Putinin Ankaraya səfəri həm də Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətlərinin olduğunu göstərmək üçün lazımdır", – Ankara Universitetinin professoru qeyd edib.
"Ümumiyyətlə, səfərin xüsusi geosiyasi və strateji əhəmiyyəti olacaq. Türkiyə nöqteyi-nəzərindən gündəmdə olan ən vacib məsələ "taxıl dəhlizi" praktikasının davam etdirilməsi, Qara dəniz regionunun təhlükəsizliyinin təmin edilməsi, qarşılıqlı fəaliyyətdir. İki ölkə arasında Cənubi Qafqaz, Mərkəzi Asiya, o cümlədən Suriya və İsrail-Fələstin mövzusu öz aktuallığını saxlayır.
Bunlar hazırkı mərhələdə Rusiya və Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edən ikitərəfli məsələləri nəzərə almasaq, əsas mövzulardır", – deyə Toğrul İsmayıl fikrini yekunlaşdırıb.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 09 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son məlumatlar en sonxeber son xeber hava