Türkiyə silahları çox qorxuncdur - Alman nəşri

Türkiyə silahları çox qorxuncdur - Alman nəşriMüdafiə sənayesindəki məhsulları yüksək dəyərləndirilən Türkiyənin bu sahədəki gücü xarici mətbuatda daim müzakirə olunur.
Almaniyanın "Frankfurter Allgemei" qəzeti isə bir qədər irəli gedərək, türk silahlarının gücünü təhlil edib:
"Türkiyə müdafiə sənayesində əldə etdiyi nailiyyətlərin bəhrəsini görür. Eyni zamanda, Türkiyə dünyaya silah satan və məhsulları yüksək qiymətləndirilən ölkəyə çevrilib".
Alman qəzeti Türkiyə hərbi sənayesinin həmişəkindən daha uğurlu olmasına da diqqət çəkib:
"Pilotsuz uçuş aparatları sahəsində Türkiyə çox böyük irəliləyişə nail olub. İndi hər bir ölkə Türkiyə istehsalı olan pilotsuz təyyarələrə sahib olmaq istəyir. "Bayraktar TB2" pilotsuz uçuş aparatları müxtəlif müharibələrdə sınaqdan keçirilib. Hazırda "Bayraktar TB2″ Ukrayna müharibəsində Rusiya tanklarının qəniminə çevrilib".
Nəşr Türkiyənin hərbi maşın parkına da diqqət yetirib:
"Türkiyə məhsulları quruda, dənizdə və havada qarşısıalınmazdır. Hər il iyulun sonunda İstanbulda keçirilən silah sərgisində Türkiyənin əzəmətli silahları nümayiş etdirilir. Bu dəfə də pilotlu və pilotsuz silah sistemləri, simulyatorlar, radar və sonar cihazları, raketlər, logistika vasitələri, quruda, dənizdə və havada istifadə üçün təchizat avadanlığı və təhlükəsizlik sistemləri, bir sözlə, ordunun ehtiyac duyduğu hər şey ortada idi".
Müəllif onu da əlavə edib ki, bu il silah sərgisində 1500 şirkət iştirak edib və Türkiyə ilə iki milyard dollarlıq müqavilə imzalanıb.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 16 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini


son xeberler azerbaycan xeberleri yeni xeberler xabarlar en son xeberler bu gun ən son xəbər şou biznes xəbərləri