Türkiyə şirkəti 3 kilometr uzunluqlu körpü tikəcək - FOTO
Türkiyənin "Doğuş İnşaat ve Ticaret A.Ş." şirkəti Ukraynada Kremençuk körpüsünün tikintisi üzrə hərracın qalibi olub.
Bu barədə Ukrayna Avtomobil Yolları Dövlət Agentliyi ("Ukravtodor") məlumat yayıb.
"Layihələndirmədə həm müasir qlobal yanaşmaları, həm inşaat sahəsini, həm də yerli istehsalçıların tələbatını nəzərə alan Kremençuk körpüsü nümunəvi layihə olmalıdır. Körpünün inşasında əsasən (95 faiz) Ukraynada istehsal edilən materiallardan istifadə olunacaq", - deyə "Ukravtodor"un rəhbəri Aleksandr Kubrakov bildirib.
Yeni körpü Dneprin sağ sahilində Н-08 yolu, sol sahilində isə Kremençukun hazırkı küçə şəbəkəsi ilə birləşəcək. Bu hissələrdə nəqliyyat qovşağının müxtəlif səviyyələrdə tikintisi nəzərdə tutulur. Tikililərin ümumi uzunluğu 3 kilometrdən çox olacaq.
Kremençukda Dneprin iki sahilini Rusiya imperiyası dövründə inşa edilmiş Kryukov körpüsü birləşdirir. Sözügedən körpüdə sonuncu dəfə genişmiqyaslı bərpa işləri 1949-cu ildə aparılıb. Hazırda həmin körpü qəzalı vəziyyətdədir. /publika.az

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
Cəlilabadda hadisə: Yük maşınının altında…
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya