Türkiyə "Tayfun" raketinin uçuş məsafəsini ARTIRIR
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin raket silahlarının yaradılması üzrə yeni layihələr həyata keçirdiyini və ilk milli ballistik raket "Tayfun"un uçuş məsafəsini artırmağı planlaşdırdığını açıqlayıb.
KONKRET.azxəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb.
"Hazırda 561 kilometr olan "Tayfun" raketinin uçuş məsafəsini artırmağı planlaşdırırıq. Vaxtı gələndə "Cenk" və "Gezgin" kimi raketlərlə bağlı şad xəbərlər verəcəyik", – deyən Ərdoğan detalları açıqlamayıb.
Yerli media qeyd edir ki, Türkiyə Prezidenti ilk dəfə olaraq eyniadlı ballistik raketin yaradılması ilə bağlı gizli "Cenk" layihəsinin adını açıqlayıb.
"Gezgin" F-16 döyüş təyyarələri və "Akıncı"da təchiz edilməsi planlaşdırılan qanadlı raketdir. Dağıntı radiusu 275 kilometrdir.
Qeyd edək ki, "Tayfun" raketinin sınaqları Türkiyə tərəfindən oktyabr ayında Qara dəniz üzərində həyata keçirilib. Türkiyənin "Roketsan" şirkəti tərəfindən hazırlanan raket 561 km məsafədəki hədəfi 458 saniyəyə vurub.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü