"Türkiyə və Azərbaycan Zəngəzur xülyasından əl çəkməyəcək" - Pouja Husseyni

Ötən gün Türkiyənin nəqliyyat naziri bəyan edib ki, Zəngəzur dəhlizinin alternativi var. Əgər Ermənistan dəhliz açmasa, yol İrandan keçəcək.
Rəsmi Tehranın həmin dəhlizin açılması ilə bağlı mövqeyi necədir? Həmin dəhlizin açılması İranın maraqlarına uyğun olacaqmı?
KONKRET.az xəbər verir ki, "Ermənistan-İran" Strateji Əməkdaşlığın İnkişafı Mərkəzi" Fondunun təsisçi direktoru Pouja Husseyni bildirib ki, Azərbaycan illərdir, İran ərazisindən keçməklə Naxçıvanla əlaqə qurub:
"İran Azərbaycana Zəngəzur dəhlizinə alternativ marşrut təklif edib və məsələ ilə bağlı danışıqlar aparılıb. İran Azərbaycana alternativ yol təqdim etməklə onu Zəngəzur dəhlizi ideyasından yayındırmaq istəyir. Azərbaycandan Naxçıvana gedən yolun İran ərazisindən keçən hissəsinə İranın nəzarət edəcəyi dəqiqdir. Burada İranın marağı ondan ibarətdir ki, həmin yol vasitəsilə Azərbaycana təsirini artırsın", – deyə Pouja Husseyni bildirib.
Onun sözlərinə görə, bununla da İranın əlində Azərbaycan və Türkiyəyə qarşı təzyiq aləti, yəni müxtəlif dövrlərdə və situasiyalarda məhdudlaşdırma mexanizmi olacaq.
"İran hansı addımı atsa da, Azərbaycan və Türkiyə Zəngəzur dəhlizi layihəsindən və onun açılması xülyasından əl çəkməyəcək. Həmin iki ölkənin uzunmüddətli arzusu və planı Türk dünyasını bir-birinə bağlamaq, Ermənistanı aradan götürmək üçün Süniki ələ keçirmək və dəhliz açmaqdır. Pantürkizm ideyası budur: böyük bir qüllə tikmək. Onlar müxtəlif vaxtlarda həmin arzusunu həyata keçirməyə çalışıblar, amma alınmayıb. İndi növbəti cəhdə başlayıblar. İran və Ermənistan bu məsələdə ayıq olmalıdır. Biz zəiflədikcə, Türkiyə-Azərbaycan tandemi həmin planı həyata keçirəcək", – deyə o vurğulayıb.
Husseyni daha sonra deyib: "İran illərdir Türkiyə və Azərbaycanı bu ambisiyalarından geri çəkilmək üçün xəbərdar edir. İran indiyədək müxtəlif hərbi təlimlər və geosiyasi mesajlarla bunu çatdıra bilib. İran anlayır ki, bu ideyanın həyata keçirilməsi təkcə Ermənistana deyil, İrana da böyük ziyan vuracaq, İran heç vaxt buna imkan verməyəcək.
İran-Ermənistan münasibətləri mehribandır, daha səmimidir. İranın maraqları və təhlükəsizliyi Ermənistanın maraqları və təhlükəsizliyi ilə üst-üstə düşür. Ona görə də İran və Ermənistan bütün sahələrdə geniş əməkdaşlıq etməlidirlər. Biz minillik dost ölkələrik, təbii ki, müəyyən ziddiyyətlər var idi, lakin onlar bizim dərin və isti münasibətlərimizə təsir edə bilməzdi. İranın müxtəlif qonşuları var, lakin İran Ermənistandan təhlükə gözləmir, ona görə də Ermənistanı etibarlı qonşu və tərəfdaş hesab edir.
İran Ermənistanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə hörmət edir və dəstəkləyir. Bu, İran-Ermənistan münasibətlərində mühüm göstəricidir. İran bölgədəki bütün aktorlara birbaşa bildirib ki, Ermənistanın sərhədləri İran üçün "qırmızı xətt"dir, bu, İranın Ermənistana qarşı çox mühüm münasibətidir", – deyə Pouja Husseini yekunlaşdırıb.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 23 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə


azerbaycan xeberleri yeni xeberler son xeberler qarabag xeberler cəbhədən xəbər xeberler bugun 2026