Türkiyə XİN: 'ABŞ-ın PKK-YPG terror təşkilatı ilə əlaqələrini kəsməsini gözləyirik
"Biz ABŞ-ın PKK-YPG terror təşkilatları ilə əlaqələrini kəsməsini gözləyirik".
Bu,Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququna və BMT Təhlükəsizlik Şurasının terrorla mübarizəyə dair qətnamələrinə uyğun olaraq, Türkiyənin həyata keçirdiyi "Sülh çeşməsi" əməliyyatı regionda sülh və sabitlik mühitini təmin edib:
"Türkiyənin regionda həyata keçirdiyi anti-terror əməliyyatları nəticəsində PKK-YPG və İŞİD terror təşkilatlarının əməliyyat zonasından çıxarılması təmin edilib. Bu hərəkat eyni zamanda Suriyanın da ərazi bütövlüyünün qorunmasına töhfə verib. Biz isə ABŞ-dan PKK-YPG terror təşkilatı ilə əlaqələrini kəsməsini, onlara olan dəstəyini dayandırmasını və 17 oktyabr 2019-cu il tarixli Birgə Bəyanatın müddəalarını yerinə yetirməsini gözləyirik". / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü