Türkiyə XİN-dən ABŞ-də ermənilərin təxribatlarına REAKSİYA
29 sentyabr 2023-cü il tarixində Cənubi Kaliforniya Universitetində Annaberq Jurnalistika Məktəbi və Yunus Əmrə İnstitutunun birgə ev sahibliyi etdiyi Türkiyənin İctimai Diplomatiyası mövzusunda konfransda iştirak edən rəsmilər radikal erməni qrupları tərəfindən hədəfə alınmış, şifahi və fiziki təzyiqlərə məruz qalıblar.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd olunub ki, ABŞ Diplomatik Təhlükəsizlik Bölməsi və Los Anceles Polis Departamenti (LAPD) lazımi təhlükəsizlik tədbirləri görərək Universitet şəhərciyində baş verən hadisələrin genişlənməsinin qarşısını alıb.
"Ölkəmizi və Azərbaycanı hədəfə alan radikal diaspor qruplarının, son zamanlar isə Ermənistan hökumətinin və regionda sülh prosesini hədəf alan nifrət dilinin zorakılıq aktlarına çevrilməsi narahatlıq doğurur. Nümayəndə heyətimizə hücum edənlərə qarşı lazımi hüquqi prosesi başladacağıq. Baş verənlər bir daha tarixi hadisələrin dar və yerli siyasi motivlərlə təhrif edilməsinin, ekstremist qrupların xoşuna gəlmək üçün verilən bəyanatların radikallaşma, nifrət nitqinə və zorakılığa təkan verdiyini göstərdi", – deyə Türkiyə XİN-in bəyanatında deyilir.

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ