Türkiyə XİN rəhbəri ilə Blinken bunları müzakirə etdi
Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Antoni Blinken arasında görüş zamanı iki ölkə arasında münasibətlər hərtərəfli müzakirə olunub.
KONKRET.azxəbər verir ki, bu barədə diplomatik mənbələr bildirib.
Türkiyəli nazir həmsöhbətinə Türkiyənin F-16-nın satınalma prosesinin yekunlaşmasını gözlədiyini bildirib.
O, həmçinin bildirib ki, İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı yekun qərarı ölkə parlamenti verəcək.
"İki nazir Qəzzada davam edən insan faciəsini də qiymətləndiriblər. İsrailin artan təcavüzünün bütün bölgə üçün təhdid olduğuna diqqət çəkən nazir, dərhal atəşkəs elan edilməsi və Qəzzaya fasiləsiz humanitar yardımların çatdırılması lazım olduğunu vurğulayıb. O, iki dövlətli həll üçün danışıqların mümkün qədər tez başlamasına çağırıb.
Qara dənizdə gərginliyin olmasını istəmədiklərini bildirən nazir Fidan Rusiya və Ukraynada istehsal olunan qida məhsullarının dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılması üçün göstərdikləri səylərə də toxunub.
Görüş zamanı Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar, Suriya və İraq kimi regional məsələlər də müzakirə olunub".

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi