Türkiyədə koronavirusa yoluxma artır: Qapanma olacaq?
Türkiyədə koronavirusa yoluxma artır: Qapanma olacaq?
Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca ölkədə koronavirusa yoluxanların sayının getdikcə artdığına diqqət çəkib.
Jurnalistlərin koronavirusa yoluxma ilə bağlı suallarını cavablandıran Qoca diqqətli olmağın vacibliyini vurğulayıb:
"Avropadakı dalğanı biz dörd-beş həftə əvvəl görməyə başladıq. Hazırda Almaniya, İtaliya və Fransa kimi inkişaf etmiş Avropa ölkələrində gündəlik yoluxmaların sayı yüz mini keçir.
Biz də yoluxma sayının artmasını müşahidə edirik. Xəstəlik sayının artması ilə xəstəxana yükü eyni sürətlə artmır.
Xəstəliklərin sayının artması indi gündə 40 dəfəyə qədərdir. Xəstəxana yükü isə indi üç dəfə artıb. Bu mənada rahatlıqla deyə bilərik ki, bizim ciddi xəstəxana yükümüz yoxdur. Reanimasiya şöbələrində bu artımların əhəmiyyətli və ciddi olmadığını görürük".
Türkiyəli nazir vətəndaşları insanların sıx toplaşdıqları yerlərdə tibbi maska taxmağa çağırıb.
"Koronavirusla yaşamağı artıq öyrənmişik. COVID qurtarmayacaq. Bunu qrip xəstəliyi kimi sayın. Onsuz da son zamanlarda simptomları da qripə bənzəyir", - deyən Qoca yanaşı xəstəlikləri olanları diqqətli olmağa çağırıb.
Türkiyə səhiyyə naziri qeyd edib ki, qapanma və oxşar vəziyyətlər olmayacaq:
"Peyvəndimiz var, dərmanımız var, tədbirlər görməyə davam edək".
Mənbə: Hürriyet

Zaqatalaya güclü leysan və dolu yağıb
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu