Türkiyədə "Taxıl sazişi" ilə bağlı üç ssenari MÜZAKİRƏ OLUNUR
Türkiyə xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla "Taxıl sazişi"ni müzakirə etmək niyyətindədir.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, Türkiyə tərəfi iyulun 17-də icrası dayandırılmış "Taxıl sazişi" ətrafında üç ssenarini müzakirə edir.
Qeyd olunub ki, Türkiyə XİN başçısı məsələni Sergey Lavrov və Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə müzakirə etməyi planlaşdırır.
Belə ki, məsələ ilə bağlı Türkiyə və Rusiya Prezidentləri arasında görüş də keçirilə bilər.
Birinci ssenariyə görə, mövcud vəziyyətdən çıxış yolu tapılmayacaq və bu, ərzaq böhranının kəskinləşməsinə gətirib çıxaracaq. Bu isə Rusiya, Ukrayna və ABŞ-ın maraqlarına uyğun gəlmir. Belə olan halda dialoq kanalları tamamilə bağlanacaq, hərbi gərginlik artacaq.
İkinci ssenari birtərəfli hərəkətlər və ikitərəfli razılaşmalar əsasında alternativ yolların yaradılmasını, xüsusən də Ukraynanın kənd təsərrüfatı məhsullarının Dunay vasitəsilə və ya qurudan Avropaya çatdırılmasını nəzərdə tutur.
Üçüncü ssenariyə görə, Rusiyanın bəzi narahatlıqları aradan qaldırıldıqdan sonra "Taxıl dəhlizi" əvvəlki formatda fəaliyyətini bərpa edəcək.
İqbal Rzayev,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ