Türkiyədə yanacaq kəskin bahalaşdı - Yeni qiymətlər
Türkiyədə yanacağa görə xüsusi istehlak vergisi (özel tüketim vergisi – ÖTV) artırılıb.
KONKRET.az xəbər verir ki, bəzi mallara tətbiq edilən "Xüsusi İstehlak Vergisi Məbləğlərinin Yenidən Müəyyən Edilməsi Haqqında" Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı "Rəsmi Qəzet"də dərc olunduqdan sonra qüvvəyə minib.
Belə ki, Aİ-95 (premium) markalı benzinin hər litrinə görə alınan ÖTV məbləği ümumilikdə 7,52 lirə(0,49 AZN), Aİ-98 (super) markalı benzinin hər litrinə görə alınan ÖTV məbləği isə ümumilikdə 7,99 lirə(0,52 AZN) olacaq.
Dizelin litri üçün 7,05(0,46 AZN), LPG (mayeləşdirilmiş karbohidrogen qazları) üçün isə 5,77lirə(0,37 AZN) ÖTV alınacaq.
Qərarla dizel və benzində ÖTV məbləğləri hər litrə görə 5 lirə(0,32 AZN) artırılıb.
Son tənzimləmədən əvvəl benzinin hər litrinə görə 2,52(0,16 AZN), dizel yanacağının hər litrinə görə isə 2,05 lirə(0,13 AZN) ÖTV alınırdı.
Bu artımlar benzin və dizelin qiymətinin ƏDV ilə birlikdə hər litr üçün ümumilikdə 6 lirə (0,39 AZN) qalxmasına səbəb olub.
LPG-də isə artım 5 lirə(0,32 AZN) olub.
Qeyd edək ki, tənzimləmədən əvvəl dizelin litri İstanbulda 26,32(1,71 AZN), Ankarada 26,80(1,74 AZN), İzmirdə isə 26,97 lirədən(1,75 AZN) satılırdı.
Dünən edilən son artımla isə benzinin litri İstanbulda 28,05(1,82 AZN), Ankarada 28,53(1,85 AZN), İzmirdə 28,63 lirə(1,86 AZN) olub.
ÖTV artımından sonra isə yanacağın qiymətləri gecə saatlarında yenilənib.
Benzinin litri 35,90(2,33 AZN), dizelin litri 33,18(2,16 AZN), LPG-nin qiyməti isə 15,91 lirəyə (1,03 AZN) yüksəlib.//Yeniavaz.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi