Türkiyədən Azərbaycana daşınan yüklərin sürətli keçidinə maneələr yaradılır? - AÇIQLAMA

Türkiyədən Azərbaycana daşınan yüklərin sürətli keçidinə maneələr yaradılır? - AÇIQLAMATürkiyədən Azərbaycana daşınan yüklərin sürətli keçidinə maneələr yaradılır? - AÇIQLAMA
Son günlər bir sıra kütləvi informasiya vasitələrində Türkiyə Respublikasında qeydiyyatda olan yük nəqliyyat vasitələrindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçən zaman alınan gömrük ödənişləri ilə bağlı yanlış şərhlər, həqiqətə uyğun olmayan məlumatlar yayımlanır, həmin nəqliyyat vasitələrinin gömrük-keçid məntəqələrindən sürətli keçidinə maneələr yaradıldığı iddia olunur.
Oxu.Az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsi açıqlama yayıb.
Bildirib ki, yük nəqliyyat vasitələrindən sərhədkeçmə proseslərində alınan gömrük ödənişləri mövcud milli və beynəlxalq qanunvericiliklə - Azərbaycan Respublikasının Vergi Məcəlləsi, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu, "Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında" Avropa Sazişinə uyğun olaraq tənzimlənir:
"Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir və bu Məcəlləyə əsasən yük avtomobilləri, Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən, oxların sayından və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisindən, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən, təhlükəli yüklərin daşınmasından asılı olaraq yol vergisinə və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir.
Əlavə edilib ki, xarici dövlətlərin avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə daxil olması və bu ərazidən tranzit yük daşınması zamanı daşınan yüklərin təhlükəlilik dərəcələri 18 iyul 2000-ci il tarixli 913-İQ saylı Azərbaycan Respublikasının qanununa əsasən "Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında" Avropa Sazişinə uyğun olaraq müəyyən edilir. Daşınan yüklərin təhlükəlilik dərəcəsindən asılı olaraq tətbiq olunan yol vergisinin hesablanması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15-ci fəslinə uyğun olaraq həyata keçirilir. Həmçinin, malların təhlükəlilik dərəcəsinin dəqiq müəyyən edilməsi üçün sərhəd-keçid məntəqəsinə təqdim edilən malın istehsalçı tərəfindən verilmiş təhlükəsizlik pasportunda malların təhlükəsizlik dərəcəsi müəyyən edilmədikdə təhlükəli yüklərin daşınmasına görə yol vergisi tətbiq edilmir.
Bununla yanaşı, beynəlxalq avtomobil əlaqələri haqqında ikitərəfli sazişlərə əsasən xarici dövlətlərə məxsus yük nəqliyyat vasitələri müvafiq kvota çərçivəsində mübadilə edilmiş "İcazə" blankları ilə ölkə ərazisinə daxil olduqda və ya tərk etdikdə həmin sazişdə yol vergisindən azadolma nəzərdə tutulduğu halda yol vergisindən, tutulmadığı halda yalnız dövlət rüsumundan azad olunurlar.
Qeyd edilib ki, Türkiyə və Azərbaycan hökumətləri arasında beynəlxalq avtomobil əlaqələri sahəsində ikitərəfli sazişlərdə yol vergisindən azadolmalar nəzərdə tutulmayıb.
Qeydiyyatda olduğu ölkədən asılı olmayaraq gömrük-sərhəd keçid məntəqələrində gömrük orqanları tərəfindən yük nəqliyyat vasitələrindən qanunvericilikdə nəzərdə tutulmayan ödənişlərin alınması, onların sürətli keçidinə maneələr yaradılması və ya yubadılması ilə bağlı iddialar isə tamamilə əsassızdır. Konkret faktlar olduğu təqdirdə DGK bunları araşdırmağa, geniş ictimaiyyətə açıqlamağa hazırdır.
Yayılan məlumatların təhlili zamanı diqqət çəkən məqamlardan biri də Türkiyə Respublikasında qeydiyyatda olan nəqliyyat vasitələrindən Azərbaycanın gömrük ərazisindən keçdikləri zaman alınan gömrük ödənişlərinin 20 ildən artıqdır ki, tətbiq edilməsinə baxmayaraq məsələnin indi gündəmə gətirilməsidir.
Gömrük işinin təşkili hər bir ölkənin milli qanunvericiliyi əsasında tənzimlənir və qeyd olunan bu kimi məsələlər iki ölkənin hökumətləri və aidiyyəti qurumları arasında mütəmadi müzakirə edilir".

Sosial       Tarix: 30 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa


azerbaycan xeberleri yeni xeberler son xeberler dunyada son xeberler bugünki xəbərlər cəbhədən son görüntülər son xeberler bugun 2026 muharibe