Türkiyədən Azərbaycanla bağlı saxta paylaşım edənlərlə bağlı - RƏSMİ AÇIQLAMA
Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi Azərbaycanla Türkiyə arasındakı münasibətləri hədəf alan qərəzli və məqsədli paylaşımların aşkarlandığını bildirib.
azxeber.com xəbər verir ki, mərkəzin sosial şəbəkə hesabında yayılan açıqlamada qeyd olunub ki, bəzi beynəlxalq media qurumlarında və sosial şəbəkələrdə iki ölkə arasındakı sarsılmaz əlaqələri, strateji müttəfiqliyi və "Bir millət, iki dövlət" anlayışını hədəf alan materiallar müəyyən edilib.
Bildirilib ki, sözügedən paylaşımlar iki dost və qardaş ölkə arasındakı köklü münasibətlərə zərər vurmağa, regional sülh və sabitliyi pozmağa yönəlmiş açıq informasiya manipulyasiyası əməliyyatıdır.
"Türkiyə və Azərbaycan ortaq tarix, mədəniyyət və sarsılmaz qardaşlıq təməlləri üzərində qurulan münasibətlərini bütün sahələrdə qarşılıqlı şəkildə davam etdirirlər. İki ölkə arasındakı strateji tərəfdaşlıq, atılan birgə addımlar və həyata keçirilən əməkdaşlıq layihələri fonunda manipulyativ açıqlamalarla ictimaiyyəti çaşdırmaq cəhdləri məqsədinə çatmayacaq", – açıqlamada vurğulanıb.
Mərkəz ictimaiyyəti psixoloji müharibə məqsədi daşıyan bu cür materiallara etibar etməməyə və yalnız rəsmi qurumların açıqlamalarını nəzərə almağa çağırıb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Cəbrayılda 2-ci mina partlayışı hadisəsi baş verib
Süni tənəffüs aparatına qoşuldu
5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı
İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Əfsanəvi ispan 40 yaşında futbola qayıtdı
"Sabah" - Borussiya Dortmund" oyununun biletləri satışa çıxarıldı
Kənd yumurtası niyə bahalaşır? - İqtisadçı açıqladı
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir
Biləcəri və Xırdalanda mənzillər hansı şərtlərlə satılır?
Bu il qızıl nə qədər ucuzlaşıb?
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
Binəli Yıldırım: Azərbaycanla Türkiyənin arasını vurmağa çalışmaq cəhdləri əbəsdir
Sahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edib
Manat 1,70-dən nə vaxt "çıxa" bilər? Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA