Türkiyədən dünyanı heyrətləndirəcək NÖVBƏTİ ADDIM: BAŞLADI - VİDEO

Türkiyədən dünyanı heyrətləndirəcək NÖVBƏTİ ADDIM: BAŞLADI - VİDEOTürkiyənin milli hərbi sənayesi pilotsuz döyüş sistemlərinin işlənib hazırlanması sahəsində sürətlə dünya liderliyinə yüksəlməkdədir.
Xüsusən də 44 günlük Qarabağ müharibəsindən sonra dünyanın gündəmindən hələ də düşməyən "Bayraktar TB2" döyüş pilotsuz təyyarələrinin ardınca Türkiyənin "Baykar Savunma" şirkəti daha yüksək döyüş qabiliyyətinə, daha üstün göstəricilərə malik "Akıncı" pilotsuz təyyarələrinin seriya istehsalına başlayıb.
Türkiyədən dünyanı heyrətləndirəcək NÖVBƏTİ ADDIM: BAŞLADI - VİDEOLakin digər hərbi sənaye şirkətləri də boş dayanmır və yeni insansız sistemlərin işlənib hazırlanması sahəsində dünyanı təəcübləndirməkdə davam edirlər. Məsələn, bu yaxınlarda "Asisguard" firması tərəfindən işlənib hazırlanan, pulemyotla və avtomatik qumbaraatanla silahlanmış "Songar" kvadrokopterinin xüsusi təyinatlıları daşıyan zirehli maşına inteqrasiyasını həyata keçirib. Bu, dünyada hədəfə atıcı silahlarla atəş aça bilən ilk drondur və mütəxəssislərə görə, gələcəkdə asimmetrik savaşların gedişini əhəmiyyətli dərəcədə dəyişdirə bilər.
Türkiyədən dünyanı heyrətləndirəcək NÖVBƏTİ ADDIM: BAŞLADI - VİDEOBu günlərdə isə Ankarada mənzillənmiş digər hərbi-sənaye şirkəti "Troy Teknoloji Savunma" mini və mikro pilotsuz uçan aparatlar üçün nəzərdə tutulmuş ağıllı mini-raketin ilk sınaqlarını keçirib. 40 millietmetr çaplı, cəmi 17 santimetr uzunluğundakı raket kiçik olsa da 2 kilometr məsafədən hədəfə dəqiq zərbə endirməyə imkan verir. Bu raketlər Türkiyənin istehsalı olan müxtəlif tipli PUA-larda tətbiq edilə bilər. Raketin ağırlığı cəmi 500 qramdır, nəticədə mini PUA-lar azı 6 belə raket daşıya biləcək. Raketin hədəfə 100-500 metr hündürlükdən effektiv atışı həyata keçirilir.

Raketlər xüsusən yüksək dağlıq ərazilərdə döyüşlər zamanı effektiv olacaq, lakin onları şəhər döyüşlərində, antiterror əməliyyatlarında də tətbiq etmək mümkündür.
Digər hərbi sənaye şirkəti-"ASELSAN"ın törəməsi olan "Dasal Aviation Technologies" isə çəkisi cəmi 600 qram olan "Saka-2" kəşfiyyat-müşahidə dronunu işləyib hazırlayıb. "Saka-2" özünün texniki göstəricilərinə, proqram təminatına görə xarici analoqlarını ötüb keçir, uçuş məsafəsi 2 kilometrə qədərdir, 25 dəqiqəyə qədər havada qala bilir. Layihənin rəhbəri Yusuf Ziya Kotil bildirib ki, mikro-dron quru, hava və dəniz əməliyyatlarında tətbiq edilə biləcək.
Türkiyədən dünyanı heyrətləndirəcək NÖVBƏTİ ADDIM: BAŞLADI - VİDEO"Saka-2"habelə mağara kimi sığınacaqların uzaqdan izlənilməsini, habelə hərbi kalonların önündə uçaraq qarşıdakı təhlükələrin qeydə alınmasını təmin edə bilər. O, dron üzərində çalışmaların davam etdiyini və çəkisinin 500 qramın altına düşürüləcəyini bildirib. Gələcəkdə "Saka-2" sürü halında uçan dronlar konsepsiyasında da tətbiq edilə bilər.
Yusuf Ziya Kotil dronun cibə yerləşəcək qədər kiçik olduğunu, cəmi bir neçə saniyə ərzində uçuşa hazır vəziyyətə gətirildiyini deyib. Dron ASELSAN şirkətinin proqram təminatı ilə çalışır.

(virtualaz.org) /publika.az

Dünya       Tarix: 11 iyun 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs

80 il əvvəl yoxa çıxan sualtı qayıq TAPILDI

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl yoxa çıxan italyan sualtı qayığını tapıblar. xəbər verir ki, bu barədə "Ekspress" məlumat yaydı. Bildirilib ki, "Jantina" sualtı qayığı göyərtəsind

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl

Pentaqon rəhbəri koronavirusa yoluxdu

ABŞ Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub. xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir. Qeyd olunur ki, nazir məzuniyyətdə olarkən özündə koronavirusun əlamətlərini his

Moskvadan Bakı və İrəvanla bağlı KRİTİK AÇIQLAMA: "Vahid paket tamamlanır"

"İrəvanla Bakı arasında kommunikasiyanın açılmasına dair vahid sənədlər paketi tamamlanma mərhələsindədir". xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI

ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb. -a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı ye

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund


azerbaycan xeberleri son xeberler yeni xeberler krimnal bugun en son xeber son xeber 2026 maşın realiti şou