Türkiyəli ekspert: İran Naxçıvanı bilərəkdən vurubsa, bu böyük səhvdir

Türkiyəli ekspert: İran Naxçıvanı bilərəkdən vurubsa, bu böyük səhvdirƏgər İran tərəfi Naxçıvanı bilərəkdən vurubsa, bu, çox böyük səhvdir".
Bu sözləri azxeber.com-a açıqlamasında türkiyəli siyasi şərhçi Umut Uzer bildirib. 
O qeyd edib ki, indiyə qədər İran daha çox rasional davranmağa çalışırdı:
"İndiyə qədər İran daha çox rasional davranmağa çalışırdı. Lakin son hadisələr göstərir ki, bu davranış artıq həddindən artıq aqressiv xarakter alır. Müharibənin bu şəkildə genişlənməsi İranın özü üçün də ağıllı qərar sayılmaz. İranın münaqişəni Körfəz ölkələrinə qədər yayması onların çox kritik və gərgin mərhələyə çatdıqlarını göstərir".
Ekspert deyib ki, İran Azərbaycan və Türkiyədən üzr istəməlidir:
"İranda yaşayan soydaşlarımızın mövcudluğu baxımından İran Azərbaycan üçün mühüm ölkədir. Bu səbəbdən İranın Azərbaycana qarşı belə addım atması müəyyən mənada müəmmalı görünür. Eyni zamanda İranın Türkiyəni də hədəf alması gözlənilən bir addım deyildi. Əgər baş verənlər təsadüf və ya texniki səhv nəticəsində baş veribsə, bu halda hər iki ölkədən -həm Azərbaycandan, həm də Türkiyədən rəsmi şəkildə üzr istənilməlidir. Belə hadisələr isə təbii olaraq Türkiyə və Azərbaycanı İrandan uzaqlaşdırır".
O bildirib ki, İran özünü batmaqda olan gəmi kimi gördüyü üçün sona qədər mübaribə aparmaq istəyir:
"İran bizim yaxın qonşumuzdur, lakin eyni zamanda müəyyən mənada regional rəqibimizdir. Düzdür, İran düşmən ölkə deyil, amma rəqibdir. Məsələn, İran ABŞ və İran nümayəndə heyətləri arasında İstanbulda keçirilməsi təklif olunan danışıqları rədd edərək, əvvəlki kimi Omanda görüşlərin davam etdirilməsini üstün tutduğunu bildirmişdi. Bu addım müəyyən mənada İranın Türkiyənin regionda daha da güclənməsini istəməməsi ilə də əlaqələndirilə bilər. Türkiyə ilə İran arasında hər hansı bir müharibənin baş verməsini isə heç kim istəməz. Belə bir ssenari ilk növbədə İranın özü üçün çox böyük təhlükələr yarada bilər. Ola bilsin ki, İran hazırkı vəziyyətdə özünü sanki batmaqda olan bir gəmi kimi hiss edir və buna görə də sonadək mübarizə aparmaq strategiyasını seçir".
Şahanə Ziyad

Siyasi       Tarix: 06 mart 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər


azerbaycan xeberleri yeni xeberler son xeberler bugünki xəbərlər xəbər.az sonxəbərlər sou xeberler