Türkiyəli həkimlərin müayinə etdiyi qazilərimizin sayı açıqlandı - FOTO

Türkiyəli həkimlərin müayinə etdiyi qazilərimizin sayı açıqlandı - FOTOTürkiyəli həkimlərin müayinə etdiyi qazilərimizin sayı açıqlandı - FOTO
18 nəfər müharibə iştirakçısı və şəhid ailə üzvləri oftalmoloji, uroloji, travmatoloji, ginekoloji, otorinolarenqoloji xəstəliklər və ümumi cərrahiyyə üzrə əməliyyat olunaraq sağlamlığına qovuşub.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı məlumatda qeyd olunub. 
Agentliyin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov bildirib ki, cari ilin fevral ayında Agentlik və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin birgə təşkilatçılığı,  "YAŞAT" Fondunun dəstəyi ilə Türkiyə Respublikasından həkim heyəti ölkəmizə gətirilib:
"Həkim heyətinin tərkibində ortoped, beyin cərrahı, ümumi cərrah və digər ixtisaslı həkimlər olublar. Türkiyəli həkimlər Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalı, Buzovna qəsəbəsindəki Reabilitasiya Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi, Respublika Neyrocərrahiyyə Xəstəxanası, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında döyüşlərdə yaralanmış 155 hərbçini müayinə ediblər".
Vüqar Qurbanovun sözlərinə görə müayinəyə əsasən yuxarıda adıçəkilən ixtisaslaşdırılmış tibb müəssisələrində müalicəsi davam edən və evə yazılmış qazilər cəlb olunublar:
"Hərbçilər müharibə dövründə aldıqları zədənin ağırlıq dərəcəsinə görə çeşidlənib və onlar haqqında tibbi rəy verilib. Müayinələrin nəticələrinə əsasən 5 qazinin vəziyyəti həddən artıq ağır qiymətləndirilib və əməliyyat olunması üçün Türkiyədən bir neyrocərrahın və onun komandasının yaxın vaxtlarda Bakıya səfəri nəzərdə tutulub. Hazırda bu istiqamətdə müvafiq işlər görülür". 
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralanan şəxslərin, habelə şəhid ailə üzvlərinin sağlamlığının bərpası, onların müalicəsi istiqamətində dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq, Agentlik tərəfindən mühüm tədbirlər bundan sonra da davam edəcək. 
Türkiyəli həkimlərin müayinə etdiyi qazilərimizin sayı açıqlandı - FOTOTürkiyəli həkimlərin müayinə etdiyi qazilərimizin sayı açıqlandı - FOTOTürkiyəli həkimlərin müayinə etdiyi qazilərimizin sayı açıqlandı - FOTOTürkiyəli həkimlərin müayinə etdiyi qazilərimizin sayı açıqlandı - FOTOTürkiyəli həkimlərin müayinə etdiyi qazilərimizin sayı açıqlandı - FOTO

Sosial       Tarix: 09 mart 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeber son xeberler 2026 xəbər.az sonxeberler