Türkiyənin ağıllı PUA-sı: Bir göz qırpımında havalanır və məhv edir - VİDEO
Türkiyə istehsalı olan sabit qanadlı ALPAGU ağıllı PUA sistemi sursatlı sınaq atışını uğurla yerinə yetirib.
Publika.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir bununla bağlı görüntüləri "Tvitter" səhifəsində yayımlayıb.
"Özü yüngül, təsiri ağır ALPAGU-dan dəqiq zərbə! STM-nin milli mühəndislik qabiliyyəti ilə inkişaf etdirdiyi bir hərbçi tərəfindən gecə-gündüz təsirli əməliyyat apara bilən sabit qanadlı ağıllı PUA sistemi olan ALPAGU test atışını uğurla gerçəkləşdirdi. Dayanmaq olmaz, yola davam", - o qeyd edib.
Müdafiə Sənayesi İdarəsindən isə bildirilib ki, ALPAGU atıldıqdan sonra təxminən 10 dəqiqə ərzində uçuş həyata keçirib. PUA hədəfi təqib etmək qabiliyyətinə malikdir. Yüksək manevr qabiliyyətinə görə ALPAGU son ana qədər təsbit edilmir.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək