Türkiyənin məşhur serial ulduzunun acı həyat hekayəsi ortaya çıxdı: Atasından niyə qaçıb? - FOTO
Türkiyənin məşhur serial ulduzunun acı həyat hekayəsi ortaya çıxdı: Atasından niyə qaçıb? - FOTO
Türkiyənin məşhur "Yalı çapkını" serialında Hattuç xala obrazını canlandıran ustad aktrisa Şerif Sezerin acı hekayəsi ortaya çıxıb.
Həyatı maraqla qarşılanan və araşdırılan aktrisanın həyat hekayəsi eşidənləri kədərləndirib.
Əslən Bursadan olan Şerif Sezer zeytunçuluqla məşğul olan bir ailənin böyük övladı olaraq dünyaya gəlib. Sezer difteriyaya tutulmuş əkiz bacısını gənc yaşlarında itirib.
8 yaşında olduğu zaman valideynləri boşanıb və Şerif Sezer atası ilə yaşamağa davam edib. Başqa şəhərdə məskunlaşan anasının yanına gedə bilməyib və anasız böyüməli olub.
Kiçik yaşda teatrla tanış olan Şerif Sezer oxumaq istəsə də, ailəsindən razılıq ala bilməyib. Evləndiriləcəyini eşitdiyi zaman isə məşhur aktrisa çarəni evdən qaçmaqda tapıb. Ankarada yaşayan anası ilə əlaqə saxlayıb və şəxsiyyət vəsiqəsini də götürərək evi tərk edib.
Şerif Sezer bütün təzyiqlərə baxmayaraq, Ankara Dövlət Teatrına girməyə haqq qazanıb. Teatr təhsili dönəmində siyasi elmlər fakültəsindən bir gənclə ailə qurub və həyat yoldaşının işi ilə əlaqədar Parisə köçməli olub.
Lakin başqa ölkədə yaşaya bilməyən aktrisa Türkiyəyə qayıdıb və bir neçə ildən sonra Azmi Arna adlı filosofla ailə həyatı qurub.
79 yaşlı Şerif Sezerin qızı da özü kimi aktrisadır.












Mənbə: Haber Global / oxu.az
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR