Türkiyənin qorxulu düşməni İrana qarşı hərəkətə keçdi – Sərhəddə SENSASİYA

Türkiyənin qorxulu düşməni İrana qarşı hərəkətə keçdi – Sərhəddə SENSASİYAİran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin şimal-qərbində silahlı qrupların tamamilə zərərsizləşdirildiyini açıqlayıb. Məlumata görə, əməliyyat İran Kürdüstanı Demokrat Partiyası ilə əlaqəli olduğu iddia edilən silahlı dəstənin sərhədi keçərək ölkə ərazilərinə daxil olmasından sonra həyata keçirilib.
SEPAH kəşfiyyat tədbirləri nəticəsində 5 nəfərlik qrupun müəyyən edildiyini bildirib.
Maraqlıdır ki, ABŞ-la müharibə zamanı Vaşinqtonun kürd qruplaşmalarına İrana daxil olmaları üçün silah göndərdiyi açıqlamışdı. Hətta Prezident Donald Tramp kürdlərin silahları götürdüyünü, lakin İrana daxil olmadığını vurğuladı.
Bu detal kürd silahlı qruplarının İran ərazisinə sızmağa başlaması kimi qiymətləndirilə bilərmi? İranı içdən zəiflətmək, onu həm də bu mobil silahlı qüvvələrlə mübarizəyə istiqamətləndirib gücünü zəiflətmək məqsədi daşıyır? İranda PKK və digər kürd qruplaşmalarının fəallaşması nə vəd edir?
KONKRET.azxəbər verir ki, Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, SEPAH-ın açıqlaması İranın şimal-qərb sərhədlərində təhlükəsizlik vəziyyətinin nə qədər həssas olduğunu göstərir:
"İran ərazisinə sızaraq diversiya həyata keçirməyə cəhd edən silahlı qrupun zərərsizləşdirilməsi bu baxımdan təkcə taktiki təhlükəsizlik insidenti deyil, həm də daha geniş regional dinamikanın tərkib hissəsidir. Xüsusilə Kürdüstan Demokrat Partiyası ilə əlaqə iddiası, məsələyə İranın uzun illərdir davam edən kürd siyasi-hərbi problemi kontekstində baxmağı zəruri edir. İranın qərb, eləcə də şimal-qərb sərhədləri uzun müddətdir müxtəlif kürd silahlı və siyasi qruplarının aktivlik göstərdiyi zonalardandır. Kürdüstan Demokrat Partiyası, PJAK və PKK kimi strukturların ideoloji əlaqələri barədə kifayət qədər məlumatlar var. Bu qrupların fəaliyyətinin mahiyyəti regiondan-regiona dəyişsə də, ümumi hədəf İran, Türkiyə və İraq sərhəd zonalarında təsir yaratmaqdan ibarətdir".
Politoloq qeyd edib ki, İranın kürd bölgələri tarixi olaraq mərkəzi hakimiyyətlə müəyyən gərginliklər yaşayan ərazilərdir:
"Tehran bu yerlərdə separatçı meyllərin genişlənməsinə həssas yanaşır. Ona görə də hər bir sərhəd insidentinin həm daxili ictimai rəy, həm də regional güc balansı baxımından siyasi mesaj xarakteri daşıması mümkündür. İranın içdən zəiflədilməsi və onu çoxsaylı mobil silahlı qruplarla eyni anda məşğul olmağa məcbur etmək kimi ssenarilər də mümkündür. Lakin praktiki reallıqda belə strategiyanın uğuru bir sıra amillərdən asılıdır. Bunlar region dövlətlərinin koordinasiyası, kürd qruplarının daxili birliyi və xarici dəstək səviyyəsidir. 40 günlük müharibə və ondan sonrakı dövr göstərdi ki, bu faktorlar parçalanmış, qeyri-bərabər xarakter daşıyır. Ümumilikdə isə kürd silahlı qruplarının aktivliyinin regionda uzunmüddətli qeyri-sabitlik riskini artırma potensialı var. Bu aktivlik İranın həm daxili təhlükəsizlik, həm də regional siyasət prioritetlərini formalaşdırmasına müəyyən dərəcədə təsir edir".

Siyasi       Tarix: 04 iyul 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənistan parlamenti TRIPP sazişini təsdiqlədi: Vaşinqtonla bağlı qalmaqallı sənəd qəbul olundu

Ermənistan parlamenti Ermənistan ilə ABŞ arasında "Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu" (TRIPP) layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişini rəsmən ratifikasiya edib. xəbər verir ki, Ermənista

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

"Heqset belə düşünməkdə yanılır" - Zelenskidən vacib etiraf

Prezident Volodimir Zelenski bildirib ki, ABŞ-ın müdafiə naziri Pit Heqset Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raket tədarükü məsələsinin həll olunduğunu düşünməkdə yanılır. xəbər verir ki, Zelenski ABŞ tərəfində

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberler son xəbər iqtisadiyyat xeberleri bugun hava haqqinda