Türkmənistan nümunəsi: Bizi Avropadan 500 il geri qoyan səbəb nədir? - ARAŞDIRMA

Türkmənistan nümunəsi: Bizi Avropadan 500 il geri qoyan səbəb nədir? - ARAŞDIRMAUkraynada baş verənlər hər şeyin dadını qaçırıb. Bölgədə və dünyada baş verən digər olayları daha əvvəlki kimi izləmək olmur. Baxmayaraq ki, digər bölgələrdə baş verənlər Ukrayna hadisələrindən heç də az maraq kəsb etmir. Məsələn, martın 12-də Türkmənistanda prezident seçkiləri keçirildi. Lakin dünya mətbuatı bir yana heç bizim mediamız da bu məsələyə geniş yer ayırmadı. Baxmayaraq ki, qonşu dövlətdə maraqlı proseslər gedir.
Dünyanın başı Rusiya-Ukrayna münaqişəsinə qarışdığı bir vaxtda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tez-tələsik növbədənkənar prezident seçkiləri elan etdi və dedi ki, "artıq meydanı gənclərə verməyin vaxtıdır". Qurbanqulu bəy bu sözləri deyəndə, təbii ki, türkmən gəncliyini deyil, öz oğlunu nəzərdə tuturdu. Tələsik seçkilərə gedilməsinin də tək səbəbi o idi ki, dünyanın başı Rusiya-Ukrayna münaqişəsinə qarışmışkən formal bir seçki keçirib oğlunu taxta çıxartsın. Təsadüfi deyil ki, növbədənkənar seçkilərin keçirilməsi haqqında söz-söhbətlə seçkilər günü arasında heç 2 ay çəkmədi. Üstəlik, seçki kampaniyası hay-küysüz təşkil edildi. Çünki gələcək prezident kiçik Berdimməhəmmədovun geniş təbliğata ehtiyacı yox idi. Daha doğrusu geniş təbliğat onun ifşasıyla nəticələnə bilərdi. Ona görə də, hər şey səs-küysüz keçirildi. Bu gün Türkmənistanın Məzahir Pənahovu yeni prezidenti, yəni Sərdar Berdiməhəmmədovun parlaq qələbəsini elan edəcək. 40 yaşlı bu igid, yəqin ki, seçicilərin ən azı 92 faiz "səsini alacaq".
İndi isə gələk Türkmənistanın yeni vəliəhdi Sərdar Berdiməhəmmədovun özəlliyinə.
Bu yaxınlarda bir rusiya nəşri yazırdı ki: "Kiçik Berdiməhəmmədov işçilərə onunla əl görüşməyi qadağan edib. O dəhlizlə gedəndə heç kim kabinetindən çıxa bilməz…"
Sərdar bəyin özəlliyi bununla bitmir. Məsələn, onun tabeliyində olan işçilərlə dialoqda sevimli ifadəsi budur: "Boynumu qıraram".
Belə bir "lider"in ölkəyə necə rəhbərlik edəcəyi bəllidir.
Əslində Qurbanqulu müəllimin növbədənkənar seçkilərə getməsinin tək səbəbi də oğlunun "özəllikləridir". O oğlunun "hünərinə" bələd olduğu üçün vaxtından qabaq istefaya getdi. Amma vəzifədən getmək filkri yoxdur. Siyasətçi bildirib ki, bundan sonrakı fəaliyyətini Türkmənistan parlamentinin yuxarı palatasının sədri kimi davam etdirəcək. Yəni oğul prezident, ata parlament sədri. Tipik müsəlman ölkəsinə yaraşan mənzərədir.
Təbii ki, Sərdar formal olaraq prezident olacaq. Onun əvəzindən bütün qərarları isə atası verəcək. Daha doğrusu ata oğula prezidentlik dərsi keçəcək. Çünki Sərdarın cəmi 40 yaşı var. Qurbanqulu müəllimin də hesablamalarına görə oğlu ən azı 30 il prezidentlik edəcək. Qarşıdakı uzun illərdə necə prezidentlik edəcəyini də atası ona öyrədəcək.
Lakin Qurbanqulu müəllimin bütün çabalarına baxmyaraq, Sərdarın yaxşı prezident olması üçün heç bir şansı yoxdur. Artıq o hansı xarakterə və keyfiyyətlərə malik olduğunu göstərib. Onun işi ancaq "boyun qırmaq" olacaq…
İndi durub deyəcəksiniz ki, "əşi Türkmənistandan bizə nə".
Mən elə düşünmürəm. Açığı belə hallar heysiyyatıma toxunur. Çünki türkmən xalqı bizimlə din və dil qardaşıdır.Və qardaş xalqımızı gözləyən acı gələcək hər birimizi narahat etməlidir.
Amma məni narahat edən məsələ başqadır. Niyə belə xoşagəlməz və bəlkə də, iyrənc hadisələr məhz müsəlman ölkələrində baş verir? Hər şeydə oxşamağa çalışdığımız Avropada niyə ata kürsüsünü oğluna ötürmür? Avropanın böyük dövlətləri bir yana, heç cırtdan dövlətlərində də niyə Türkmənistanda və digər müsəlman ölkələrində baş verənlərə tarix boyu rast gəlinmir?
Məni ən çox da düşündürən odur ki, əgər prezidentlik gözəl şeydirsə, avropalılar niyə bundan dördəlli yapışmırlar…Yox, əgər pis şeydirsə, müsəlmanlar niyə bundan dördəlli yapışır. Və burda dahi Sokratın bir fikri köməyimə çatır: "Yemək üçün yaşamaq yox, yaşamaq üçün yemək lazımdır".
Avropalılar yaşamaq üçün yeyirlər. Müsəlmanlar isə yemək üçün yaşayırlar. Deməli, müsəlmanlarda təfəkkür problemi var. Bu hesabla bizlərin təfəkkürü avropalılardan ən azı 500 il geri qalır. Bu isə o deməkdir ki, ən lüks, ən son model avtomobil minsək də və hətta 4-5 Avropa dili bilsək də, biz feodal təfəkkürlüyük.
Surxay Atakişiyev,
KONKRET.az

Siyasi       Tarix: 14 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Ermənistan niyə Azərbaycanla qalib gələ bilməz? - ABŞ mediası

ABŞ-ın nüfuzlu "National İnterest" (The National İnterest) jurnalında təhlükəsizlik məsələləri üzrə analitik Harrison Kassın qələmə aldığı "Ermənistan niyə Azərbaycan ilə hava müharibəsində qalib gələ bilməz?"

SON DƏQİQƏ! Netanyahu Təhlükəsizlik Şurasını təcili iclasa çağırdı - İrana hücum

ABŞ ilə İran arasında gərginliyin kəskin artması fonunda İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats Milli Təhlükəsizlik Kollecinin kurs məzunlarının buraxılış mərasimində iştiraklarını ləğv ediblər

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edib. xəbə

Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə -a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirili

Trampın Ankarada təhlükəsizliyi üçün bu tədbirlər görüldü - Fotolar

ABŞ Prezidenti Donald Trampın NATO sammitində iştirak etmək üçün Ankaraya səfəri ilə bağlı yüksək təhlükəsizlik tədbirləri görülüb. KONKRET.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısının qalacağı hotel onu

Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Özbəkistana təhvil verdi

Özbəkistan vətəndaşları – 1981-ci il təvəllüdlü Mirzaalimov Raxmatullo Nomancanoviç və 1976-cı il təvəllüdlü Toxtasinov Azamatcon Abduqapparoviçin cinayət məsuliyyətinə cəlb edilmələri məqsədilə ekstradisiya olunmaların

Prezident qəbul keçirdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qəbul edib. xəbər verir ki, qonaq İordaniyanın Kralı II Abdulla

İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Maliyyə Tədbirləri üzrə İşçi Qrupu və Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzr

Ankara sammitində nələr müzakirə olunacaq? – NATO-nun kritik gündəliyi

Türkiyənin paytaxtı Ankara şəhərində NATO dövlət və hökumət başçılarının 36-cı Zirvə Toplantısı öz işinə başlayıb. Sammitdə NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları, eləcə də Alyansın yüksək səviyyəli rəsmiləri iştira


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xeberler sonxeber axsam.az xeberler son xeber az