Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir

Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidirƏzəli torpaqlarımızı işğal edən Ermənistan 2020-ci il sentyabrın 27-də beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq bir neçə istiqamətdə Azərbaycan Respublikasının yaşayış məntəqələrini, hərbi mövqelərini atəşə tutmuşdur. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması üçün əks-hücum əməliyyatlərına başlanılmışdır. 
Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli Fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş və hərbi əməliyyata başlanılmışdır.  
Qarabağda başlanan uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilmiş, Ermənistan ordusunun canlı qüvvəsi və  texnikası tam məhv edilmişdir. 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli Bəyanata əsasən Ermənistan  bir güllə atmadan noyabrın 20-si Ağdam, 25-i Kəlbəcər, dekabrın 1-i isə Laçın rayonları Azərbaycana qaytarılmışdır.
Azərbaycan Respublikasının Ordusunun qalibiyyətinin səbəblərindən biri də xalqın həmrəyliyi, düşmənə qarşı birgə mübarizəsi idi.  Minlərlə gənc işğalçılara qarşı mübarizə aparmaq üçün cəbhəyə könüllü müraciət edirdi. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri düşmənlə vuruşmaq üçün müraciət edir, sosial şəbəkələrdə aktivlik göstərir, arxa cəbhədə maddi və mənəvi dəstək verirdilər. 
Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində "Dağlıq Qarabağ Muxtar Vilayəti" statusu ləğv edildi. 
44 günlük müharibədə döyüş strategiyamız bütün dünya hərbçilərinin marağına səbəb olmuşdur. Hazırda bu hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Azərbaycan, eləcə də dünya hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etmiş, canlı qüvvəsinə ciddi zərbə vurmuşdur. Keçilməz yollara malik olan Şuşa düşünülmüş və yüksək səviyyədə hazırlanmış plan ilə düşməndən təmizlənmişdir.
İkinci Qarabağ müharibəsində Azərbaycana dəstək verən dövlətlər sırasında birinci yerdə Türkiyə dayanırdı. Türkiyənin rəsmiləri Azərbaycanın yanında olduğunu bildirən bəyanatlarla çıxış edirdilər. Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etmiş, bu da Azərbaycan Ordusunun inamını daha da artırmışdır.
30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilməmiş və "Böyük Ermənistan" planı fiaskoya uğramışdır. Beləliklə, "Dağlıq Qarabağ"ın statusunun müəyyən edilməsi məsələsi arxivə getmişdir. İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoymuşdur. Bəyanatın imzalanması ilə son 3 ildə bir çox siyasi, diplomatik və iqtisadi uğurların əsası qoyulmuşdur:
Ağdam, Laçın, Kəlbəcər rayonlarının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin qan tökülmədən qaytarılması.
Azərbaycanla Türkiyə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan Şuşa Bəyannaməsinin 2021-ci il iyunun 15-də imzalanması. 
Azərbaycan tərəfindən sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipinin irəli sürülməsi: ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması.
Sərhədlərin delimitasiyası ilə bağlı müvafiq komissiyaların yaradılması.
Prezident İlham Əliyevin 2022-ci il 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərin nəticəsində imzalanmış Bəyanatla Azərbaycanın ərazi bütövlüyünün tanınması. 
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması. 
2023-cü il 23 aprel tarixində "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması.
2023-cü ilin sentyabr ayında antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tam bərpası.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmişdir. Üçtərəfli Bəyanat isə Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir.
 
Səhər Orucova 
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru / azxeber.com

Siyasi       Tarix: 10 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeber az xəbər.az ən son xəbərlər cəbhədən ən son xəbərlər