Uğurlu və dinamik inkişaf ili: 2022-ci ildə ölkəmiz daha da inkişaf edəcək

Uğurlu və dinamik inkişaf ili: 2022-ci ildə ölkəmiz daha da inkişaf edəcəkMöhtərəm Prezidentimiz cənab İlham Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişafa dair milli prioritetlər dayanıqlı yüksəliş strategiyasının növbəti mükəmməl yol xəritəsidir.
Dövlət başçısının tapşırıqları əsasında həyata keçirilən köklü sosial islahatlar, imzaladığı fərman və sərəncamlar nəticəsində respublikamızın sosial inkişafı istiqamətində mühüm uğurlar əldə edilir İstər beynəlxalq müstəvidə - diplomatiya, xarici münasibətlər, istərsə də ölkədaxili sosial-iqtisadi sahələrdə dayanıqlı inkişafı təmin etmək dövlətimizin prioritet istiqamətlərindən biridir. 
Cənab İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə çox mühüm məqamlara toxundu, vacib mesajlar verdi. Dövlət başçısının diqqət yetirdiyi məsələlərdən biri də postmüharibə dövrünün reallıqları, eləcə də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması oldu. O, Bakının konkret - birmənalı və prinsipial mövqeyini, atılan addımları - cərəyan edən prosesləri, Brüssel görüşünün nəticələrini bir daha nəzərə çatdırdı. Sülh sazişinin imzalanması məsələsinə və Azərbaycanın irəli sürdüyü beş maddədən ibarət baza prinsiplərinin mahiyyətinə toxunan İlham Əliyev "Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir", - deyə vurğuladı.
Proseslər ümidverici - müsbət və gələcəyə yönəlikdir. Reallıq budur ki, Azərbaycan Prezidentinin dərin strateji diplomatiya siyasəti konkret nəticə və səmərə verir. Regionda etimad quruculuğu naminə əlverişli zəmin formalaşdırılır, sülhə doğru qəti addımlar atılır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Bu prosesə biz çox böyük ümidlərlə baxırıq və vaxt itirmək lazım deyil. Hər halda, biz bunun tərəfdarıyıq ki, vaxt itirmədən məsələnin həllinə başlayaq". 
İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazdakı vəziyyət dəyişib və regionun gələcək kinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazdakı vəziyyət dəyişib və regionun gələcək inkişafı üçün nadir imkanlar yaranıb. Bu imkanlar xüsusən də yeni kommunikasiyaların açılmasını, nəqliyyat dəhlizlərinin yaradılmasını şərtləndirir. Region ölkələrinin birgə əməkdaşlığı sayəsində həyata keçiriləcək müştərək layihələr əlbəttə ki, ilk növbədə bölgənin sürətli inkişafı üçün real zəmin yarada bilər.
Yeni reallıqları dəyərləndirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev də məhz bu prinsipləri nəzərə alaraq regionda yeni "3+3" əməkdaşlıq formatının yaradılması təklifini irəli sürüb. Bu, Azərbaycan, Türkiyə, Rusiya və İran, Gürcüstan, Ermənistan əməkdaşlığını nəzərdə tutan platformadır.
Artıq xeyli müddətdir ki, dövlət başçısının təklifi geniş müzakirə mövzusuna çevrilib. İqtisadçılar, siyasətçilər də birmənalı olaraq qeyd edirlər ki, bu format ilk növbədə bölgənin gələcəkdə təhlükəsizliyini gücləndirə bilər.
Birinci rübün yekunları qiymətləndirərkən ölkə başçısı bildirmişdir ki, ölkəmizin iqtisadi göstəriciləri çox müsbətdir. Ümumi daxili məhsul 6,8 faiz, qeyri-neft iqtisadiyyatı 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında artım 18 faizdən çoxdur. İqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması, həm ümumi daxili məhsuldakı payının, həm ixracdakı payının aşağı düşməsi – bütün bunlar iqtisadiyyatımızın inkişafını göstərir.
Ölkəmizin xarici ticarət dövriyyəsi 60%-dən çox artıb. İxrac təxminən iki dəfə artıb. Bütün bu nəticələr möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan geniş miqyaslı iqtisadi islahatların nəticəsində əldə olunmuşdur.
Dövlət başçısnın diqqət və qayğısı nəticəsində regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, şəhərimizə edilən 
səfərlər  zamanı dövlət başçısının verdiyi tapşırıqların uğurlu icrası sayəsində Naftalan daha da inkişaf edib, sakinlərimizin rifahı əhəmiyyətli dərəcədə yüksəlib. 
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin "Naftalan beynəlxalq turizm mərkəzinə çevrilib" fikirləri ilə Naftalanın turizm potensialdan daha da səmərəli şəkildə istifadə olunmağa başlanılıb. 
Ölkə başçısının şəxsi təşəbbüsü ilə həyata keçirilən proqramlar sayəsində Naftalan şəhəri turizm sektorunda ön sıralara yüksəlib.  
Naftalan şəhər sakini Kəmalə Hüseynova

Siyasi       Tarix: 15 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi banklar axsam.az xeberler son xəbərlər cəbhədən son dəqiqə