Ukrayna hərbi xərclərini 14,6 milyard dollar ARTIRDI
Ukrayna dövlət büdcəsinin xərclərini 537,2 milyard qrivna (14,6 milyard dollar) artırılmasını nəzərdə tutan qanun aprelin 15-dən qüvvəyə minib.
KONKRET.azxəbər verir ki, bu barədə məlumat Ali Radanın rəsmi qəzetində dərc olunub.
Belə ki, 518 milyard qrivna Ukrayna ordusunun ehtiyaclarına, 19 milyard qrivna dövlət büdcəsinin gözlənilməz və təxirəsalınmaz tədbirlərinə, 2 milyard qrivna isə istehkamların tikintisinə yönəldiləcək.
Ali Radanın deputatı Yaroslav Jeleznyakın sözlərinə görə, bu, Ukrayna tarixində ən böyük büdcə artımıdır.
Sənəd martın 21-də Ali Rada, aprelin 11-də isə Prezident Volodimir Zelenski tərəfindən imzalanıb. Ukraynanın Baş naziri Denis Şmıxal daha əvvəl bildirib ki, bu pul Qərb tərəfdaşlarının dəstəyi ilə ayrılacaq.
Qeyd edək ki, Ukraynanın 2023-cü il büdcəsində 2,6 trilyon qrivna (71,1 milyard dollar) xərc nəzərdə tutulub ki, bunun da 1,14 trilyon qrivnası (31,2 milyard dollar) təhlükəsizlik və hərbi ehtiyaclara ayrılıb.
İqbal Rzayev,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir