Ukrayna onu səfir göndərmək istədi: Qazaxıstan RAZILAŞMADI
Qazaxıstan Luqansk Regional Hərbi Administrasiyasının keçmiş rəhbəri Sergey Qaydayın diplomatik missiyanın rəhbəri kimi qəbul edilməsinə razılıq verməkdən imtina edib.
KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Qeyd olunub ki, Qazaxıstan tərəfi Ukrayna səfirinin yerinə peşəkar diplomat görmək istədiyini açıqlayıb.
Məlumata görə, Sergey Qayday 2019-cu il oktyabrın 25-dən Luqansk Regional Dövlət Administrasiyasının rəhbəri olub. O, 2023-cü il martın 15-də prezidentin sərəncamı ilə vəzifəsindən kənarlaşdırılıb.
Xatırladaq ki, Ukraynanın Qazaxıstandakı əvvəlki səfiri Petro Vrublevski qalmaqallı bəyanatdan sonra 2022-ci ilin oktyabrında Prezident Volodimir Zelenski tərəfindən tutduğu vəzifədən azad edilib.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi