Ukrayna polisinin azərbaycanlı zabiti ailəsi ilə birlikdə itkin düşüb
Ukraynanın Mariupol şəhərində yaşayan azərbaycanlı Ruslan Musayev artıq 25 gündür ailəsi ilə birlikdə itkin düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə "Report"a R.Musayevin qohumu Sabina Abdullayeva məlumat verib.
Onun sözlərinə görə, Ruslan Musayevlə sonuncu dəfə martin 1-də əlaqə saxlayıblar. "Ruslan və ailəsi ilə sonuncu dəfə martin 1-də telefonla danışmışıq. Həmin gündən sonra o, həyat yoldaşı Alyona Musayeva və azyaşlı oğlu Dəmir Musayev barədə məlumatımız yoxdur. Ruslan Mariupol şəhərinin Polis İdarəsinin zabitidir. O, polisdəki nümunəvi xidmətinə görə dəfələrlə fərqlənib və mükafatlar alıb".
S.Abdullayeva qeyd edib ki, R.Musayevin atası Ukrayna polisində çalışıb və hazırda təqaüddədir: "Ruslanın atası Xudat Musayev Berdyansk şəhərindədir. Eyni zamanda Ruslanın bacısı Kristina da hazırda polisdə çalışır. Bir neçə həftə idi ki, Kristina ilə də əlaqəmiz itmişdi. Lakin martin 24-dən onunla əlaqə saxlaya bilirik. Amma təəssüf ki, Ruslan və ailəsi barədə məlumatsızıq. Buna görə də çox nigaranıq".


Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar