Ukrayna-Rusiya danışıqları: Tələblər azalıb, amma nəticə yoxdur
Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç Ukraynaya qarşı açılmış genişmiqyaslı müharibənin başa çatması ilə bağlı Rusiya ilə danışıqların gedişindən danışıb.
KONKRET.az xəbər verir ki, Arestoviç tərəflərin təxminən üç gün əvvəl razılaşmalar cədvəlini təsdiqlədiklərini vurğulayıb.
"Xarici işlər nazirləri prinsipial məsələlərlə bağlı görüşməyə hazırdırlar, lakin ruslar Mariupolda və ya əməliyyat bölgəsində qalib gəlməyə ümid edirlər. Onlar artıq mərhələni dəyişiblər. Artıq başa düşməyin vaxtıdır ki, diplomatiya da başqa bir mərhələyə – daha az tələblərlə daha real danışıqlara qədəm qoyur. Döyüş meydanında tələblər köklü şəkildə azalıb", – Ukrayna rəsmisi bildirib.
Arestoviç qeyd edib ki, Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladıqdan sonra Rusiya və Ukrayna Belarus ərazisində danışıqların üç mərhələsini keçiriblər – 28 fevral, 4 mart və 7 mart. Bundan sonra danışıqlar distant formata keçib və müntəzəm xarakter daşıyır". Teleqraf.com
Turlar.az [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti