Ukrayna Rusiya şəhərlərinə zərbə endirə bilər? - Politoloqdan AÇIQLAMA
Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç deyib ki, Moskva Kiyevi vursa, Ukrayna cavab zərbəsi endirəcək. Arestoviç Moskvanı Kiyevə hücuma görə, cavab zərbəsi endirəcəkləri ilə hədələyib və əlavə edib ki, Rusiyada gözəl imkanları var.
Maraqlıdır, Ukrayna Rusiya şəhərlərinə aviasiya zərbələri endirə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, xüsusi hal olmasa, Ukrayna buna getməyəcək:
"Arestoviç Ukrayna adminstrasiyasının rəsmi şəxsidir. İki aydır ki, Rusiya Ukraynaya hərbi təcavüzünü davam etdirir. Ölkənin bir çox şəhərləri raket və aviasiya zərbələrinə məruz qalıb. Bu mənada Ukrayna təbii ki, Rusiyanın hansısa şəhərində hərbi obyektləri hədəf ala bilər. İki ölkə arasında müharibə gedirsə, bu, təbii haldır. Arestoviç sözügedən açıqlaması ilə Ukraynanın bu zərbələri endirə biləcək potensialının olduğunu göstərməyə çalışır. Lakin düşünürəm ki, xüsusi hal olmasa, Ukrayna Rusiya şəhərlərinə aviasiya zərbələri endirməyəcək".
Politoloqun fikrincə, bu, Ukrayna üçün daha doğru qərardır:
"Rusiya ordusuna bu günə kimi çox ağır və effektiv zərbələr endirilib. Rusiya tərəfininin açıqladığı itkilərdə həmin fakt özünü əks etdirir. Yəni, qeyd etdiyim kimi sözügedən açıqlamanın əsas məqsədi Ukraynanın hərbi potensialını informasiya məkanında göstərməkdir. Ukrayna əslində çox düzgün addım ataraq Rusiya ərazilərini hədəf almır. Hədəf Ukrayna ərazisində olan işğalçı ordudur. Doğru olan məhz budur. Əslində Ukraynanın Rusiyanın ərazilərini hədəf almaq kimi legitim hüququ var. Çünki onlar işğala məruz qalan tərəfdir. Lakin Rusiya ərazilərini hədəfə almaqla Ukrayna əvvəldən beynəlxlaq hüquqa hörmət etməyən Rusiyaya əlavə bəhanələr qazandıra bilər".
Şəbnəm Mehdizadə,
KONKRET.az

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq