Ukrayna səfirliyi İranın Naxçıvana dron hücumlarını pislədi
Ukraynanın Azərbaycandakı səfirliyi İranın Naxçıvana dron hücumlarını pisləyib.
Diplomatik nümayəndəlik İran PUA-larının Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə hücumu barədə məlumatları diqqətlə izləyir.
Ukrayna səfirliyi Azərbaycana dəstək və həmrəyliyini ifadə edib: "Hamını qlobal təhlükəsizliyə, eləcə də xalqlarımızın gələcəyinə xələl gətirən rejimlərə qarşı mübarizəni gücləndirmək üçün birləşməyə çağırırıq".
Məlumatda İran dronlarının çoxdan terror alətinə çevrildiyi xatırladılıb, məhz bu silahın İran rejimi tərəfindən Ukrayna şəhərlərinə, mülki infrastruktura və dinc əhaliyə zərbələr endirmək üçün istifadə edildiyi vurğulanıb.
Açıqlamada Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın "İran rejimi on illərdir bölgəni terror edir, digər ölkələrə qeyri-sabitlik gətirən terror qruplaşmalarını dəstəkləyir və maliyyələşdirir" fikirlərinə də yer verilib.
"Ukrayna beynəlxalq hüquqa, ləyaqətə və insan həyatına xor baxan rejimlərin hansı təhlükə yaratdığını yaxşı bilir", - açıqlamada qeyd olunub. / azxeber.com

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK
Dizel bahalaşacaq, sonra ucuzlaşacaq