Ukrayna üçün canfəşanlıq edən Qərb Qarabağla bağlı niyə 30 il susdu? - ƏTRAFLI
Rusiyanın Ukraynaya təcavüzü bütün Qərb dövlətlərini birləşdirdi. Bu gün işğalçı Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edilir. Həmin sanksiyalar Rusiya iqtisadiyyatına ağır zərbə vurmaqla yanaşı işğalçı Ukraynanın haqlı mübarizəsini dəstəkləyir. Lakin təəssüf ki, 30 il əvvəl Ermənistan Azərbaycanın torpaqlarını işğal edərkən Qərb bu məsələyə heç bir mövqe bildirmədi.
Bəs, görəsən, bunun səbəbi nədir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, Ukraynanın mövqeyi bəllidir:
"Ukrayna xalqı demokratik seçki keçirərək Volodimir Zelenskini prezident seçib. Onlar qərbə yönəldiyini açıq şəkildə bildirir və Avropa İttifaqına və NATO-ya üzv seçilmək istəyir. Eyni zamanda Rusiyaya qarşı kəskin tənqidi mövqedə dayanıb. Lakin o dövrdə Azərbaycanda vəziyyət tamamilə fərqli idi. 90-cı illərdə Azərbaycanda rusiyapərəst, mürtəce siyasi hakimiyyət var idi. Rusiyadan asılı idik, demokratik islahatlardan söhbət gedə bilməzdi. Müxalifət isə yırtıcı və barbar şüarlar irəli sürürdü. Qərb bütün bunları görür və başa düşürdü. Ona görə də, Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanı dəstəkləyən, onu müdafiə edən olmadı".
Politoloqun fikrincə Qərb 150 ildən artıq bir dövrüdür ki, ermənilərdən öz xeyrinə istifadə edir:
"Vaxtilə erməni kartından Osmanlı imperiyasına qarşı istifadə edilmişdi. Bu mənada ermənilər Qərbə Azərbaycandan "bir köynək" daha yaxın olub. O dövrdə dünyada Azərbaycan diasporu, ümumiyyətlə, yox idi. Bütün bunları nəzərə alan dünya dövlətləri öz siyasi xeyir meyarlarını əxlaqdan, ədalətdən, beynəlxalq hüquqdan üstün tutdu".
Şəbnəm Mehdizadə,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti