"Ukrayna üçün NATO ölkələrinin etmədiyini biz etdik" - Ərdoğan
"Ukraynada daimi atəşkəsin əldə olunması üçün səylərimizi davam etdirəcəyik".
KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya kansleri Olaf Şolts ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
O, Avropanın təhlükəsizliyi üçün tədbirlər görməklə yanaşı, Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həlli istiqamətində səylərini artıracaqlarını bildirib:
"Görüşdə əsasən Rusiya-Ukrayna böhranı ilə bağlı müzakirələr apardıq. Atəşkəsin təmin olunması istiqamətində səylərimizi yorulmadan davam etdirəcəyik. Mülki şəxslər üçün humanitar dəhlizlər yaradılmalıdır. Burada ən mühüm məsələ atəşin dayandırılmasıdır".
Ərdoğan həm Rusiya Prezidenti Vladimir Putin, həm də ukraynalı həmkarı Volodimir Zelenski ilə münasibətlərin saxlanmasının lazım olduğunu diqqətə çatdırıb.
"Biz həm cənab Zelenski, həm də cənab Putinlə dostluğumuzu qorumalıyıq. Sanksiyalara gəlincə, BMT qaydaları çərçivəsində lazım olanı etdik. Rusiyaya baxmayaraq, Ukrayna üçün NATO-ya digər üzv ölkələrin etmədiyini biz etdik ", – deyə Türkiyə lideri qeyd edib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR