Ukrayna XİN Azərbaycanla əməkdaşlığın əsas istiqamətlərini açıqladı
Ukrayna XİN Azərbaycanla əməkdaşlığın əsas istiqamətlərini açıqladı
"COVID-19 pandemiyası ilə bağlı çətinliklərə baxmayaraq, bu il Ukrayna ilə Azərbaycan arasında etimada, qarşılıqlı hörmətə söykənən strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün hər cür səylər göstəriləcək".
Bunu "Report"a Ukrayna Xarici İşlər Nazirliyindən bildiriblər.
"İki dövlət arasında mehriban əməkdaşlıq əlaqələri yaranıb. Biz ikitərəfli gündəm üzərində daha çox çalışmalıyıq. Bu gün başlıca məsələ Ukrayna ilə Azərbaycan arasında fəal siyasi dialoqun davam etdirilməsi, iqtisadi-ticarət, mədəni-humanitar və regional əməkdaşlığın daha da dərinləşdirilməsidir", - deyə açıqlamada qeyd olunur.
Vurğulanıb ki, bu vəzifələrin həyata keçirilməsinə əvvəla, Ukrayna və Azərbaycan rəsmilərinin qarşılıqlı səfərləri, parlament səviyyəsindəki təmaslar, habelə dövlət və işgüzar səviyyədə ekspertlərin yaxından əməkdaşlığı rəvac verə bilər.
Açıqlamaya əsasən, Ukrayna ilə Azərbaycan arasında enerji, hava nəqliyyatı, fəza, hərbi-texniki əməkdaşlığın təmin olunması, cari layihələrin gerçəkləşdirilməsi və yenilərinə başlanması 2021-ci ildəki ikitərəfli münasibətlərin öncül istiqamətləridir. /oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına