Ukrayna XİN: "Ərazi bütövlüyümüzə daim dəstək verdiyinə görə Azərbaycan rəhbərliyinə minnətdarıq
Ukrayna XİN: "Ərazi bütövlüyümüzə daim dəstək verdiyinə görə Azərbaycan rəhbərliyinə minnətdarıq"
"Azərbaycan Ukraynanın beynəlxalq arenada dostu və etibarlı tərəfdaşıdır".
Bu barədə "Report"a Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"2019-cu ilin dekabrında Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasında rəsmi səfərdə olarkən bildirib ki, dövlətlərimiz arasında münasibətlər zaman sınağından keçib.
Biz Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə daim dəstək verdiyinə görə Azərbaycan rəhbərliyinə minnətdarıq", - XİN-dən bildiriblər.
XİN-dən xatırladıblar ki, Azərbaycan ABŞ, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, Gürcüstan, Litva, Polşa və Türkiyə ilə yanaşı, Ukraynanın strateji tərəfdaşlığı inkişaf etdirməyə hazır olduğu ölkələrdəndir.
"Belə tərəfdaşlığın əsas məqsədləri dövlətimizin ərazi bütövlüyünün bərpa edilməsi, regional təhlükəsizliyin və enerji müstəqilliyinin möhkəmləndirilməsi, nəqliyyat potensialının inkişafı, müxtəlif sahələrdə birgə miqyaslı layihələrin həyata keçirilməsi, eləcə də ölkələrimiz arasında iqtisadi və mədəni-humanitar əməkdaşlığın daha da inkişaf etdirilməsidir.
Bu kontekstdə Ukrayna ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığı ayrıca qeyd etmək lazımdır. Bu əməkdaşlığın sayəsində Ukrayna öz enerji balansında Rusiya neftini Azərbaycan nefti ilə tamamilə əvəz edib.
Əməkdaşlığın digər perspektivli istiqamətləri arasında gömrük sahəsini, o cümlədən gömrük əməliyyatları sahəsində təcrübə və qabaqcıl texnologiyaların mübadiləsini göstərmək olar", - Ukrayna Xarici siyasət idarəsinin mətbuat xidmətindən bildiriblər. /oxu.az
Xidmetler [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına