Ukrayna XİN Ərdoğanın açıqlamasını TƏKZİB ETDİ

Ukrayna XİN Ərdoğanın açıqlamasını TƏKZİB ETDİTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi danışıqların dörd bəndi üzrə Rusiya ilə konsensus yoxdur.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər naziri Dmitri Kulebanın Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş bəyanatında deyilir.
Nazir qeyd edib ki, Ukrayna siyasi və humanitar yardıma, habelə Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün diplomatik səylərə görə Türkiyə tərəfinə və ayrıca prezident Ərdoğana səmimi minnətdardır.
"Eyni zamanda, vəziyyəti obyektiv qiymətləndirmək vacibdir. Türkiyə prezidentinin qeyd etdiyi 4 məqamda Rusiya ilə konsensus yoxdur. Xüsusilə, Ukraynada yeganə dövlət dili ukrayna dilidir və bundan sonra da belə olacaq", – deyə Kuleba bildirib.
Ukrayna diplomatiyasının rəhbəri onu da vurğulayıb ki, danışıqların əsas mövzularının dörd və ya daha çox bənd üzrə təsnifatı düzgün deyil, çünki nümayəndə heyətlərinin alt qruplarında eyni vaxtda çoxlu müxtəlif məsələlər müzakirə olunur.
"Danışıqlar prosesi çox gərgin gedir. Ukrayna nümayəndə heyəti sərt mövqe tutub və öz tələblərindən əl çəkmir. Biz, ilk növbədə, atəşkəs, Ukraynanın təhlükəsizliyi və ərazi bütövlüyünə təminat verilməsində israr edirik", – deyə nazir əlavə edib.
O, Rəsmi Kiyevin Ukrayna torpaqlarında sülhün bərqərar olması üçün Türkiyə və bütün digər maraqlı tərəflərlə dialoqu davam etdirəcəyini vurğulayaraq, Türkiyənin dost və strateji tərəfdaş kimi bütün istiqamətlərdə dəstəyini davam etdirəcəyinə ümid etdiyini bildirib.
Kuleba onu da xatırladıb ki, Rusiya Federasiyasına qarşı yeni sanksiyaların tətbiqi və Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi Rusiya döyüş maşınının dayandırılması və danışıqlarda istənilən irəliləyişin əldə edilməsi üçün heç də az vacib amillər deyil.
"Belə üçtərəfli strategiya – sanksiyalar, hərbi dəstək, danışıqlar heç kim tərəfindən şübhə altına alınmamalıdır", – deyə Kuleba fikrini yekunlaşdırıb.
Xəbər verdiyimiz kimi, Ərdoğan bildirib ki, Ukrayna Rusiya Federasiyasının 6 tələbindən dördü ilə razılaşmağa, xüsusən də NATO-ya üzvlükdən imtina etməyə və rus dilini ikinci dövlət dili kimi tanımağa hazırdır.
Sevinc Paşayeva,
KONKRET.az

Siyasi       Tarix: 25 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bu gun sou biznes son xeberler 2026 siyaseti xeberler bugun