Ukraynada daha bir jurnalist həlak oldu
Rusiyanın martın 11-12-də Kiyev vilayətinin Brovarı rayonunun Şevçenko kəndinə artilleriya hücumu nəticəsində jurnalist Oksana Qaydar həlak olub.
KONKRET.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Jurnalistlərinin Milli Birliyinin başçısı Sergey Tomilenko məlumat verib.
Onun sözlərinə görə, hadisə martın 11-12-də baş versə də, Oksana Qaydarın ölüm faktı indi məlum olub.
S.Tomilenko bildirib ki, Qaydar əsasən tarixi mövzularla bağlı yazılar yazıb. O, sosial şəbəkədə "Ruda Pani" təxəllüsü ilə paylaşımlar edirmiş: "Qaydar esselərini, şərhlərini əri və oğlu ilə birlikdə yaşadığı Moskvadan yazırdı. Ancaq Rusiyanın hərbi müdaxiləsi başlayandan sonra anasının yanında omaq üçün Ukraynaya qayıdıb".
O deyib ki, Oksana Qaydar Kiyevdə jurnalist ailəsində anadan olub. Atası Yuri Qaydar "İdman qəzeti"nin redaktor müavini olub. O.Qaydar Taras Şevçenko adına Kiyev Milli Universitetinin jurnalistika fakültəsini bitirib.
Xatırladaq ki, aprelin 29-da Xarkov vilayətində gedən döyüşdə jurnalist və hərbçi 33 yaşlı Maksim Medinski həlak olub.//Report
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat