Ukraynalı jurnalist Qarabağın işğaldan azad edilməsi əməliyyatı barədə: "Bu tarixdə görünməyib

Ukraynalı jurnalist Qarabağın işğaldan azad edilməsi əməliyyatı barədə: "Bu tarixdə görünməyibUkraynalı jurnalist Qarabağın işğaldan azad edilməsi əməliyyatı barədə: "Bu tarixdə görünməyib"
Ukrayna İkinci Qarabağ müharibəsi dövründə işğal olunmuş əraziləri azad edən Azərbaycandakı hadisələri yaxından izləməyə davam edir. Ukraynanın media nümayəndələri də hazırda ərazidə gedən bərpa işləri ilə tanış olmağa imkan da tapıblar.
Həmin jurnalistlərdən biri - "İnter" telekanalını təmsil edən hərbi jurnalist Roman Boçkala Caliber.Az-a bununla bağlı danışıb.
- İndiyə kimi dünyanın hansı "qaynar nöqtə"lərində olmusunuz?
- Afrikada (Liberiya, Konqo, Somali), Sinay yarımadasında – burada hətta məni "Müsəlman Qardaşlar" hərəkatının nümayəndələri həbs etdilər (ancaq orada hərbi yox, mülki qarşıdurma var idi). Bundan əlavə Livan, Əfqanıstan, Suriya... Həmçinin Kosovo, Bosniya və Herseqovinada olmuşam, Abxaziya və Cənubi Osetiyadakı müharibəni işıqlandırmışam. Əlbətdə ən "qaynar nöqtə" Ukraynanın şərqində 2014-2015-ci illərdəki müharibədir.
- Azərbaycanın azad edilmiş ərazilərində oldunuz. Buralar artıq "qaynar nöqtə" deyil. Ancaq təhlükə hiss etdinizmi, məsələn, minalara görə?
- Azərbaycanın işğaldan azad edilmiş əraziləri əlbəttə ki, artıq "qaynar nöqtə" deyil. Vəziyyətin tamamilə Azərbaycanın nəzarətində olduğunu hiss etdim, münaqişənin ikinci tərəfi yoxdur. Narahatlıq hissi isə əlbəttə ki, mövcud idi. İnsanlar minalara düşərək partlayırlar və bu illərlə mövcud olacaq ciddi bir təhdiddir.
- Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat konfransında iştirak etdiniz və ölkəmizin işğal olunmuş ərazilərin azad edilməsi təcrübəsi barədə sual verdiniz. Azərbaycanın təcrübəsi Ukrayna üçün faydalı ola bilərmi?
- Azərbaycanın işğal olunmuş əraziləri azad etmək əməliyyatı ümumiyyətlə hərbi strategiyada yeni bir səhifədir. Əvvəllər beynəlxalq praktikada bu cür münaqişələrin həllini yalnız diplomatik müstəvidə görürdülər. Ancaq zaman keçdikcə vəziyyəti yalnız bu şəkildə həll etməyin son dərəcə çətin olduğunu sezirik. Tamamilə diplomatik yol nədir? Bir tərəf qanunsuz götürdüklərini qaytarmalıdır? Bəs bu cür nümunələrlə çoxmu rastlaşmısınız? Ona görə də, bu model işləmir.
Ancaq təbii ki, nəzarətsiz gücün tətbiqi də bir seçim deyil.
Azərbaycan nə göstərdi? Sizin ölkəniz bütün mümkün arsenalı tətbiq etmədi. Mülki əhali üçün minimum zərərlə, azad edilmiş ərazilərdə infrastrukturlara minimum ziyanla, mən deyərdim ki, bir növ "cərrahi əməliyyat" keçirildi. Bu tarixdə görünməyib.
Ukrayna üçün bu təcrübə misilsizdir, bu bizim yuxarı hakim təbəqələrdə də müzakirə olunur. Mən bizim Müdafiə Nazirliyimizdə bir iclasda idim və birbaşa sitat gətirmədən deyə bilərəm ki, hərbçilərimiz Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyətini yüksək qiymətləndirir.
- Qarabağdan bütün azərbaycanlılar istisnasız olaraq qovuldu. Ancaq Donbas ərazisində Ukrayna vətəndaşları, rəsmi Kiyevə sadiq çoxlu sayda insanlar var. Bəs bu halda nə edilməlidir?
- Bu vacib məqamı tamamilə düzgün qeyd etdiniz. Üstəlik Donbas sıx əhalisi olan bir ərazidir. Burada bütöv bir aqlomerasiya (yaşayış məntəqələrinin yaxın toplumu - red.) var. Makeyevka, Qorlovka, Donetsk - bu şəhərlər praktik olaraq birdir, araları yoxdur. Tariximizdə millətlərarası qarşıdurma olmayıb.
Azərbaycan məsələsində isə başqa cürdür - torpaqlar viran qalmışdı, orada mülki əhali yox idi.
Buna görə xüsusi bölmələrimiz diqqətini şəhərdə döyüş taktikasına yönəldilib ki, xüsusi bir əməliyyat zamanı diqqətlə hərəkət etsinlər.
Aerokosmik komponent də vacib əhəmiyyət daşıyacaq. Təəssüf ki, Ukraynamövcud potensiala baxmayaraq peyki işə salmayıb! Azərbaycanın isə üç peyki var. Ancaq prezidentimiz Vladimir Zelenski Ukraynanın müstəqilliyinin 30-cu ildönümünə qədər bir peyk buraxmaq barədə tapşırıq verib. Hazırlaşmağımız üçün vaxt lazımdır.
- Ərazilərin bərpası ilə bağlı işləri gördünüz. Bununla bağlı təəssüratınızı bilmək istərdik...
- Əvvəla, bərpa işlərinin miqyasına heyran qaldım. Yeni azad edilmiş ərazilərə yaxınlaşanda bütün marşrut boyunca fasiləsiz 4G bağlantısı olduğunu gördüm. İşğaldan azad edildikdən dərhal sonra Azərbaycan bu torpaqlarda rabitəni bərpa etdi. Bu çox müdrik addımdır.
İnfrastrukturun yenidən qurulması üçün işə başlanıldı, bu məni valeh etdi. Bəs Füzuli hava limanının inşaası?.. Mən hətta orada nə qədər nəqliyyat vasitəsinin olduğunu hesablaya bilmədim: yüzlərlə, minlərlə vahid idi. Bu vacibdir, çünki əraziləri bərpa etmək istəyi ilə birləşən Azərbaycan cəmiyyətinin konsolidasiyası davam edir. Bundan əlavə, bütün dünya indi buranın, bizdə Çernobıldakı kimi "təcrid zonası" olmadığını görür. Burda yaşamaq xoş və rahat olacaq. /oxu.az

Siyasi       Tarix: 21 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi


yeni xeberler son xeberler azerbaycan xeberleri bugünki xəbərlər son xeberler bugun 2026 azerbaycan axsam.az xeberler xeber