"Ukraynanın müharibəni qazanmaq potensialı yoxdur, pul və və silahla iş həll olunmur" - AÇIQLAMA
ABŞ-ın müdafiə naziri Lloyd Ostin Kiyevə səfərindən sonra verdiyi açıqlamada bildirib ki, ölkəsi Ukraynanın düzgün təchizat və dəstəklə Rusiyaya qarşı müharibədə qalib gələ biləcəyinə inanır. Düzgün təchizat deyərkən yəqin ki, Lloyd Ostin Ukraynanın yaxşı silahlandırmasını nəzərdə tutub. Məlumdur ki, ABŞ və Qərb Ukraynaya həm maddi, həm də silah təchizatı baxımından güclü dəstək verir.
Maraqlıdır, ABŞ rəsmisi bu açıqlamasında nəyə eyham vurur? Düzgün təchizatla Ukrayna həqiqətən bu müharibədə qalib gələ bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Cümşüd Nuriyev bildirib ki, ABŞ Ukraynanın əli ilə Rusiyanı məhv etmək istəyir. Lakin çox uğursuz istiqamətdə iş aparır: "Ukraynanın indiki rəhbərliyi təcrübəli deyil. Digər tərəfdən Ukrayna ordusu Rusiya silahlı qüvvələrinin imkanları ilə müqayisə edilə bilməz. Əgər Ukraynanın orduya ayırdığı vəsait ÜDM-in 2 faizini təşkil edirsə Rusiya bu göstərici üzrə ilk beşlikdədir. Şimal qonşumuzun iqtisadiyyatı Ukrayna iqtisadiyyatından bir neçə dəfə böyükdür. Əgər Ukraynanın 41 milyon əhalisi varsa qarşı tərəfdə bu rəqəm 147 milyondur. Yəni Ukraynanın potensialı Rusiyadan 10 dəfə azdır. Düzdür, heç kim Rusiyanın Ukrayanı işğalına haqq qazandıra bilməz. Bu haqsızlıq və ədalətsizlikdir. Müharibə Rusiyanın aqressivləşməsi və harınlaması deməkdir".
Politoloqun fikrincə, Ukraynaya pul və və silah verməklə iş həll olmur: "Təhlükəsizlik Şurası Rusiya və Çinin razılığı olmadan müharibənin dayandırılması üçün addım ata bilər. Lakin heç bir addım atılmır. Ukraynanı qızışdırıb Rusiyanın qarşısına yem kimi atmaqla Qərb öz maraqlarını reallaşdırmaq istəyir. Bu mənada, Ostinin açıqlamaları müharibənin istiqamətini dəyişməyəcək. Rusiya ABŞ-a nota verib. Hadisələrin gedişini tam proqnozlaşdırmaq mümkün olmasa da, deyə bilərik ki, yaxın zamanlarda ABŞ-Rusiya qarşıdurması isti mərhələyə keçəcək. Bu isə çox qorxuludur. Xırda və orta nüvə başlıqlarından istifadə etməklə Rusiyanın ABŞ-ı oyundan çıxara bilməsi mümkündür. Silah verməklə müharibəni bitirmək olmaz. Ümumiyyətlə, ABŞ və Qərb dövlətlərinin müharibəni bitirməsi çətin məsələdir. ABŞ müdafiə naziri ümumi açıqlamalar verib. Lakin sözlə müharibədə qalib gəlmək olmaz. Onun dedikləri nə hərbi, nə də siyasi termin deyil. Ümumi sözlərlə danışmağın nə mənası var? Ukraynanın müharibəni qazanmaq potensialı yoxdur. Çünki pul və və silah verməklə iş həll olmur ".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat