"Ukraynanın naminə Zelenski istefa verməlidir" – The Telegraphdan ŞOK
Britaniyanın nüfuzlu The Telegraph qəzetində dərc olunan müəllif məqaləsində tanınmış jurnalist və yazıçı Ouen Metyuz Ukrayna Prezidenti Volodimir Zelenskini istefaya çağırıb.
"Zelenski ölkəsini dağılmaqdan xilas etməkdə epik rol oynayıb. Lakin indi real təhlükə var ki, o, korrupsioner sələflərinin yolunu təkrarlayacaq. Ukraynanın xeyrinə olaraq, o, istefa verməlidir", – deyə müəllif yazır.
KONKRET.az xəbər verir ki, Metyuzun fikrincə, yeni prezidentin seçilməsi Ukraynada həm daxili islahatlar, həm də sülh üçün imkan yarada bilər:
"Yeni prezident ölkədə "yenidən yükləmə" dövrünü başlada bilər. Əgər o, Ukraynadakı rusdilli əhalinin hüquqlarını qorumağa hazır olarsa, bu, Kremlin əsas tələblərindən biri və paradoksal olsa da, Aİ-nin də gözləntilərindən biridir".
Jurnalist əlavə edir ki, Rusiya Prezidenti Vladimir Putin Zelenskiyə şəxsi nifrət bəsləyir və bu faktor da sülh prosesinin qarşısında əsas maneələrdən biridir.
Natiq Səlim,
KONKRET.az

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı