Ukraynaya təhlükəsizlik zəmanəti verə bilərik - Ərdoğan
Türkiyə Ukraynaya təhlükəsizlik zəmanəti verə bilər.
KONKRET.az-ın Türkiyə Prezident Administrasiyasına istinadən verdiyi xəbərə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu bu gün ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı zamanı bildirib.
Ərdoğan deyib ki, Türkiyə Ukraynaya təhlükəsizlik zəmanəti verməklə bağlı məsələyə prinspial olaraq müsbət yanaşır.
15:44
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.
KONKRET.az–ın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsindəki son durum və müzakirə prosesi ilə bağlı məsələlər diqqət mərkəzində olub. Türkiyə Prezidenti hər keçən gün vəziyyətin ağırlaşdığı Mariupoldan yaralıların və mülki şəxslərin təhliyəsinin mütləq təmin edilməli olduğunu vurğulayıb. R. T. Ərdoğan Ukrayna və Rusiya arasında müzakirə prosesi ilə bağlı əlindən gələn bütün yardımı etməyə, vasitəçilik də daxil olmaqla, lazımi dəstəyi verməyə hazır olduğunu söyləyib. O, Ukraynaya təhlükəsizlik zəmanəti verməklə bağlı məsələyə də Türkiyənin prinspial olaraq müsbət yanaşdığını qeyd edib./APA

Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik