Ulu Öndər Heydər Əliyev xalqına və dövlətinə xidmət nümunəsi yaradıb' - FOTOLAR

Ulu Öndər Heydər Əliyev xalqına və dövlətinə xidmət nümunəsi yaradıb' - FOTOLARQırğızıstanda görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib.
azxeber.com xəbər verir ki, anım tədbiri Qırğızıstandakı Azərbaycan Respublikasının səfirliyinin təşəbbüsü və dəstəyi ilə Heydər Əliyevin adını daşıyan 20 nömrəli məktəb-gimnaziyada keçirilib. Tədbir çərçivəsində Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Latif Qəndilov, eləcə də beynəlxalq təşkilatların nümayəndələri məktəbin foyesində ucaldılmış Ulu Öndərin büstü önünə gül çələngi qoyaraq onun əziz xatirəsini ehtiramla anıblar.
Tədbirdə çıxış edən səfir Latif Qəndilov vurğulayıb ki, Heydər Əliyev yalnız Azərbaycan dövlətçiliyinin deyil, ümumilikdə müasir dünya siyasi tarixinin ən parlaq və miqyaslı şəxsiyyətlərindən biridir. Tarixdə elə siyasi liderlər azdır ki, xalqları onları bu qədər böyük minnətdarlıq, sarsılmaz inam və dərin ehtiramla xatırlasın. Ulu Öndər bütün mənalı ömrünü Vətəninə, xalqına və dövlətçiliyin möhkəmləndirilməsinə həsr edib. Azərbaycana səfər edən hər bir insan xalqın bu dahi şəxsiyyətə bəslədiyi səmimi sevgi və sonsuz hörməti aydın şəkildə hiss edir.
Çıxışında Heydər Əliyevin müasiri olmaq mənim üçün böyük qürur və xoşbəxtlikdir deyən səfir bildirib ki,  məhz onun uzaqgörən rəhbərliyi sayəsində Azərbaycan dərin siyasi, iqtisadi və sosial böhrandan çıxaraq sabitlik və inkişaf yoluna qədəm qoydu. Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf xətti bu gün də uğurla davam etdirilir. Bu tarixi missiyanı həyata keçirmək güclü iradə, dəmir məntiq və nadir siyasi cəsarət tələb edirdi. Heydər Əliyev bu keyfiyyətlərin hamısına malik idi və bu gün də öz ideyaları, müdrik çağırışları ilə xalqımızla birlikdədir. Zaman keçdikcə onun dahiliyi və uzaqgörənliyi daha aydın görünür.
Çıxışlarda xüsusi qeyd olunub ki, müasir Azərbaycanın tarixi Heydər Əliyevin adı ilə ayrılmaz şəkildə bağlıdır. Ümummilli Lider üzərinə götürdüyü tarixi məsuliyyətlə xalqını ağır sınaqlardan uğurla çıxarıb, güclü iqtisadiyyata, möhkəm siyasi iradəyə və müasir idarəetmə modelinə malik, demokratik və dünyəvi Azərbaycan dövlətinin təməlini yaradıb.
Azərbaycan–Qırğızıstan İnkişaf Fondunun həmsədri İqbal Babaev çıxışında bildirib ki, gənclik illərində Ulu Öndərin təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı proqramların strateji əhəmiyyəti sonradan tam aydın oldu. "Mən Heydər Əliyevin təhsil sahəsində həyata keçirdiyi tarixi proqramın iştirakçılarından biriyəm. O, aralarında kənd yerlərindən olan gənclərin də üstünlük təşkil etdiyi beş min azərbaycanlı gənci ölkə hüdudlarından kənara o dövrdə Azərbaycanda mövcud olmayan ixtisaslar üzrə təhsil almağa göndərdi. Bu gənclərin demək olar ki, hamısı Vətənə qayıdaraq dövlətin inkişafına töhfə verdi. Bu gün onların bir çoxu ölkənin idarəçiliyində, elmdə və təhsildə aparıcı mövqelər tutur", – deyə o vurğulayıb.
Onun sözlərinə görə, müxtəlif ölkələrdə yaradılan, milyonlarla investisiya kapitalına malik inkişaf fondları da Heydər Əliyevin uzaqgörən siyasətinin real nəticəsidir. "Bu gün Azərbaycanın qlobal iqtisadi proseslərdə mühüm aktora çevrilməsi ilə haqlı olaraq qürur duyuruq", – deyə o əlavə edib.
Tədbir iştirakçılarından biri, təhsil sahəsində uzun illər fəaliyyət göstərmiş Leyla Həsənova qeyd edib ki, 1990-cı illərin əvvəllərində təhsil sisteminin vəziyyətini yaxşı xatırlayır. "Bu gün əldə olunan nailiyyətlər Heydər Əliyevin yeni insan kapitalının formalaşdırılması sahəsində həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasətin nəticəsidir. Onun bu sahədə rolu ölçüyəgəlməz və müqayisəedilməzdir", – deyə o bildirib.
Leyla Həsənova həmçinin vurğulayıb ki, Ulu Öndərin rəhbərliyi dövründə milli kimliyimiz ideoloji baxımdan daha da möhkəmləndi: "Heydər Əliyev deyirdi ki, milli mənsubiyyət hər bir insan üçün qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, azərbaycanlıyam. Bu gün biz hamımız qürurla deyirik: Biz azərbaycanlıyıq!"
Tədbirin sonunda bildirilib ki,  Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini daim qəlbində yaşadır, onu böyük sevgi, ehtiram və sonsuz hörmətlə yad edir və bu tarixi yaddaş heç zaman silinməyəcək.
Anım tədbirindən sonra proqramın bədii hissəsi məktəbin akt zalında davam edib. Şagirdlər Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirib, ədəbi kompozisiyalar təqdim ediblər.
Ulu Öndər Heydər Əliyev xalqına və dövlətinə xidmət nümunəsi yaradıb' - FOTOLARUlu Öndər Heydər Əliyev xalqına və dövlətinə xidmət nümunəsi yaradıb' - FOTOLAR

Siyasi       Tarix: 16 dekabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad


azerbaycan xeberleri yeni xeberler son xeberler son.xeber hava sonxəbərlər ən son xəbər