Umayra Tağıyeva: 'Bu ay havanın temperaturu 17 gün normadan yüksək olub

Umayra Tağıyeva: 'Bu ay havanın temperaturu 17 gün normadan yüksək olub"Bu ilin sentyabr ayı nisbətən mülayim temperatur rejimi ilə səciyyələnsə də, birinci ongünlükdə bəzi günlər arasında olan temperatur fərqi 20 dərəcəyə çatıb. Buna misal olaraq, sentyabrın 2-də Bakıda temperaturun 36.1, Sumqayıtda 38.2 dərəcəyədək yüksəlməsini, sentyabrın 8-də və 19-da isə 17.5 dərəcə isti olmasını qeyd etmək olar. Elə bircə bu fakt iqlim dəyişmələrinin təzadlı olmasını göstərir".
Azxeber.com xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, qısa müddətdə respublika üzrə 6 dəfə dolu hadisəsi, leysan xarakterli güclü yağışlar nəticəsində Böyük Qafqaz ərazisindən axan Talaçay-Zaqatala, Balakənçay-Balakən, Əyriçay-Baş Daşağıl məntəqələrindən, Lənkərançay-Sifidor məntəqəsindən, Katexçaydan keçən qısamüddətli sel hadisələri qeydə alınıb: "Ümumilikdə Bakıda havanın orta sutkalıq temperaturu 24.5 dərəcə isti təşkil edib ki, bu da normadan 1.7 dərəcə yüksəkdir. Sentyabrda havanın temperaturu 17 gün normadan yüksək (1.0-5.5 dərəcə), 4 gün isə normadan aşağı olub. Bakıda əsasən şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti 28 m/s–dək çatıb".
"Çoxillik meteoroloji müşahidələrə görə, sentyabr ayı üzrə ən isti hava Bakıda 2003-cü ilin sentyabrın 1-də qeydə alınıb. Həmin gün havanın maksimal temperaturu 37.6 dərəcə isti olub. Sentyabr ayı üzrə ən soyuq hava isə 1956-cı il sentyabrın 26-da Bakıda qeydə alınıb. Həmin tarixdə havanın minimal temperaturu 6.9 dərəcə isti olub. Ölkə ərazisində yağıntılar ay ərzində qeyri-bərabər paylanıb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında aylıq normanın 23, Qazax-Gəncə zonasında 45, Zaqatalada 134, Balakəndə 175, Mərkəzi Aran zonasında 17, Lənkəran-Astara zonasında 110 faizini təşkil edib", - Xidmət rəisi əlavə edib.
O, atmosfer havasının keyfiyyətinin monitorinqinin Bakı şəhərinin Xətai, Nizami, Nərimanov, Səbail inzibati rayonları ərazisində, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirildiyini qeyd edib: "Avtomatik stansiyalardan əldə etdiyimiz məlumatlara əsasən, kükürd qazı və dispers toz hissəciklərinin qatılıqları sanitar norma daxilində qeydə alınıb. Sentyabrın I ongünlüyündə hidrogen sulfid yol verilən qatılıq həddindən 2.7, dəm qazı isə 1.1 dəfə, II ongünlükdə isə hidrogen sulfid yol verilən qatılıq həddindən 2.5, dəm qazı 1,1 dəfə yüksək müəyyən edilib. Bakı şəhərində fəaliyyət göstərən avtomatik monitorinq stansiyalarının və eləcə də, günün müxtəlif saatlarında keçirilən monitorinqlərin nəticələri atmosfer havasının çirklənmə səviyyəsinin ötən illərlə müqayisədə yetərincə azaldığını göstərir. Belə ki, azot, karbon və kükürd oksidlərinin, eləcə də, PM10 dirspers tozun və karbohidrogenlərin miqdarı xeyli aşağı düşüb".
Mütəxəssislərin rəyinə görə, atmosfer havasında çirkləndirici qaz qarışıqlarının sanitar normaya uyğun olmasına səbəb son zamanlar Bakı şəhərində fəaliyyət göstərən müəssisələrin ekoloji normalara riayət etmələri, nəqliyyat vasitələrinin hərəkətinin bir qədər azalması və bəzi ictimai-iaşə obyektlərinin fəaliyyətlərinin məhdudlaşdırılması ilə bağlı olub".
Xidmət rəisinin sözlərinə görə, bu ilin sentyabr ayında transsərhəd gətirmələrin olmaması səbəbindən dispers tozun miqdarı norma həddindən aşağı qeydə alınıb. Eləcə də, şimal, şimal-qərb küləklərinin üstünlüyü çirkləndirici qaz qarışıqlarının intensiv səpələnməsinə şərait yaradıb və havanın keyfiyyəti qənaətbəxş olub.

Sosial       Tarix: 24 sentyabr 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"


son xeberler azerbaycan xeberleri yeni xeberler hava haqqinda son.xeber sonxəbərlər sonxəbər