UNEC - lə 'Xəzər Media Mərkəzi' arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

UNEC - lə 'Xəzər Media Mərkəzi' arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLARAzərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və "Xəzər Media Mərkəzi" arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib.
azxeber.com xəbər verir ki, tədbirdə çıxış edən rektor professor Ədalət Muradov tələbələrin praktiki bilik və bacarıqlarının artırılması məqsədilə UNEC-in real sektorla əlaqələrinin genişləndirməsinin, eləcə də təhsil sektorunda bazar münasibətlərinin formalaşdırmasının vacibliyindən danışıb.
UNEC-də ABŞ və Avropanın nüfuzlu beynəlxalq reytinqlərdə yer alan aparıcı universitetlərinin proqramları əsasında MBA proqramı üzrə "Sosial media marketinqi" sahəsində peşəkar mütəxəssis hazırlığı həyata keçirildiyini diqqətə çatdıran rektor, tələbələrin sosial medianın marketinq analitikası, strateji internet marketinqi, sosial media ekosistemi, media kommunikasiyası və planlaması, korporativ idarəetmə və s. üzrə bilik və bacarıqlara yiyələndiklərini bildirib. Onların medianın fəaliyyətinə və işin müasir səviyyədə qurulmasına töhfələr verə biləcəklərindən əminliyini ifadə edib. Professor Ədalət Muradov "Xəzər Media Mərkəzi" ilə əməkdaşlığın hər iki tərəf üçün uğurlu olacağını, ali təhsildə həyata keçirilən yeniliklərin ictimaiyyətə çatdırılması və cəmiyyətin ölkə ali təhsilinə inamının artırılması baxımından faydalı olacağını deyib.
"Xəzər Media Mərkəzi"nin baş direktoru Murad Dadaşov da rəhbərlik etdiyi televiziya ilə UNEC-in birgə əməkdaşlığından məmnunluğunu dilə gətirib. O, eləcə də UNEC-də müxtəlif istiqamətli ixtisaslar üzrə hazırlanan peşəkar mütəxəssislərin "Xəzər Media Mərkəzi"nin fəaliyyətinə cəlb olunmasının önəmini vurğulayıb: "Bu gün siz elə sahələr üzrə mütəxəssis yetişdirə bilərsiniz ki, biz o sahə üzrə peşəkarı heç yerdə tapa bilmərik. 
Məsələn, sosial media marketinqi götürək. Hamımız görürük ki, indiki zamanda bu sahənin peşəkarlarına çox ehtiyac var. Sevinirəm ki, İqtisadiyyat Universitetinin geniş sosial platformaları var".
Murad Dadaşov əlavə edib ki, UNEC-lə əməkdaşlıq rəhbərlik etdiyi kollektiv üçün yenilik olmaqla yanaşı, maraqlı təcrübə olacaq: "Düşünürük ki, belə əməkdaşlıqlar çox faydalıdır. "Xəzər Media Mərkəzi" olaraq, biz tələbələrin praktik biliklərinin artırılması ilə bağlı təşəbbüsləri dəstəkləyirik və bugünkü imzalanma mərasimi də buna əyani sübutdur. Azərbaycanın ali təhsil ocaqları ilə bu prosesin silsilə olmasını arzu edir, Azərbaycan gənclərinin inkişafına yönələn savadlı, istedadlı gənclərimizin işlə təminatına xidmət edəcək faydalı əməkdaşlıqda rol almaqdan məmnuniyyət duyuruq". 
Sonra UNEC rektoru, professor Ədalət Muradov və "Xəzər Media Mərkəzi"nin baş direktoru Murad Dadaşov əməkdaşlıq haqqında memorandum imzalayıblar. Sənədə əsasən, tələbələrin istehsalat təcrübəsinin, yay təcrübə proqramlarının keçirilməsi, media sahəsində yeni layihələrin qarşılıqlı əməkdaşlıq şəraitində hazırlanması və yayımlanması, media sahəsində innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, birgə tədqiqatların aparılması, konfransların, təlimlərin və seminarların təşkil edilməsi və s. nəzərdə tutulur.
UNEC - lə 'Xəzər Media Mərkəzi' arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLARUNEC - lə 'Xəzər Media Mərkəzi' arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLARUNEC - lə 'Xəzər Media Mərkəzi' arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Sosial       Tarix: 20 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


son xeberler azerbaycan xeberleri yeni xeberler bugun xeberler son.xeber son xabarlar azerbaycan son xeber bugun