Unibank "2024 Dayanıqlılıq Hesabatı"nı təqdim edib: Yaşıl maliyyə və inklüziv inkişaf ili
Unibank özünün ilk "2024 Dayanıqlılıq Hesabatını" ictimaiyyətə təqdim edib. Sənəd bankın ESİ prinsiplərinə əsaslanan idarəetmə modelini, yaşıl maliyyələşdirmə təşəbbüslərini, sosial və rəqəmsal inkişaf göstəricilərini və iqtisadi tendensiyalara dair analitik qiymətləndirməsini özündə birləşdirir () .
Hesabatda qeyd olunur ki, 2024-cü il qlobal maliyyə sektoru üçün mürəkkəb, lakin dəyişimin sürətləndiyi dövr olub. Dünya iqtisadiyyatında inflyasiya təzyiqləri, enerji keçidi və süni intellekt texnologiyalarının artan rolu əsas tendensiyalar kimi qiymətləndirilib. Azərbaycan iqtisadiyyatı isə bu şəraitdə dayanıqlılıq və şaxələnmə göstəricilərinə görə regionda fərqlənib. Qeyri-neft sektoru üzrə artım, yaşıl enerji zonalarının inkişafı və COP29-un Bakıda keçirilməsi ölkədə iqtisadi kursu davamlı möhkəmləndirib.
"Unibank"ın Dayanıqlılıq Hesabatı GRI standartlarına uyğun hazırlanıb və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə yönəlmiş fəaliyyətləri əhatə edir. Hesabatda göstərilir ki, 2024-cü il Unibank üçün transformasiya ili olub. Bank Azərbaycanın ilk qabaqcıl beynəlxalq standartlara uyğun, yaşıl istiqraz kimi təsnifatlaşdırıla bilən qiymətli kağızlarını (20 milyon AZN) buraxaraq ölkədə yaşıl maliyyə bazarına töhfəsini verib.
İl ərzində "Unibank"ın kredit portfeli 107 milyon AZN artıb, biznes kreditlərinin portfeldə payı 40%-ə çatıb. Bank regionlarda maliyyə əlçatanlığını genişləndirərək mikrokreditlərin 70%-ni region müştərilərinə, 30%-ni isə qadın sahibkarlara təqdim edib.
Rəqəmsal bankçılıq sahəsində də ciddi irəliləyişlər əldə olunub: rəqəmsal istifadə göstəricisi 19,3% artıb, Leobank ekosistemi genişlənib və 1,7 milyon rəqəmsal istifadəçi qeydə
Unibank- Sənin Bankın! / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ