Unibank bankomat şəbəkəsini yeniləyir

Unibank bankomat şəbəkəsini yeniləyirUnibank müştərilərə daha rahat və əlçatan xidmət göstərmək məqsədilə bankomat şəbəkəsinin yenilənməsi və genişləndirilməsi istiqamətində işləri davam etdirir. Hazırda Bank ölkə üzrə 187 aktiv UTM ilə Azərbaycanın 3-cü ən geniş bankomat şəbəkəsinə sahibdir.
İlin sonunadək Unibank UTM-lərinin sayının 200-ü ötməsi planlaşdırılır. Bu addım müştərilərin nağd pul, mədaxil, valyuta mübadiləsi və digər bank xidmətlərinə daha rahat çıxışını təmin etməyə yönəlib.
Unibank UTM-lərinin əsas üstünlükləri:
Geniş əməliyyat imkanları — müştərilər UTM-lər vasitəsilə mədaxil, məxaric, eləcə də USD və EUR-dan AZN-ə valyuta mübadiləsi əməliyyatlarını həyata keçirə bilirlər.
Rahat istifadə təcrübəsi — bankomatlar NFC dəstəyi və toxunma ekranı ilə təchiz olunub. Bu da əməliyyatların daha sürətli və rahat aparılmasına imkan yaradır.
Yüksək məxaric limiti — müştərilər bir əməliyyat çərçivəsində 200 əsginasa qədər, məbləğ olaraq isə 19 500 AZN və ekvivalentində məxaric edə bilirlər.
Təhlükəsiz əməliyyat mühiti — Unibank UTM-ləri EMVCo və PCI DSS standartlarına uyğun yüksək təhlükəsizlik tələbləri əsasında fəaliyyət göstərir.
Daha geniş əlçatanlıq — bankomatların həm şəhər mərkəzlərində, həm də əhalinin sıx məskunlaşdığı ərazilərdə yerləşdirilməsi davam etdirilir.
Yeni funksionallıqlar — növbəti mərhələdə UTM-lərə cari hesaba mədaxil, AzQR vasitəsilə QR əməliyyatları, kredit ödənişləri və ikitərəfli valyuta mübadiləsi imkanlarının əlavə edilməsi nəzərdə tutulur.
Unibank bankomat şəbəkəsinin coğrafiyasını da genişləndirməyi planlaşdırır. Yaxın dövrdə Qəbələ və Yevlax şəhərlərində yeni UTM-lərin istifadəyə verilməsi nəzərdə tutulur.
Unibank bankomat xidmətlərinin keyfiyyətinin artırılmasına da xüsusi önəm verir. Hazırda UTM əməliyyatları zamanı yaranan problemlərlə bağlı müraciətlərin 72 %-i bir gün ərzində həll edilir. Bank bu göstəricininövbəti mərhələdə 78 %-ə çatdırmağı hədəfləyir.
Unibank- Sənin Bankın! / azxeber.com

İqtisadiyyat       Tarix: 02 sentyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artır

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,38% artara

ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) İcraçı Direktoru sahibkarlarla görüşdü - FOTOLAR

Oktyabrın 1-də ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) İcraçı Direktoru Natiq Baxışovun iştirakı ilə işgüzar səhər yeməyi keçirilib. xəbər verir ki, görüşdə Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasını

Texnologiyada qadın gücü: Bir 'Ctrl is hers" qalibləri üçün təlimlərə başlayıb

Bir ekosisteminin qadınların texnologiya sahəsində bilik və bacarıqlarını inkişaf etdirməsinə və bu istiqamətdə karyera imkanları qazanmasına dəstək məqsədilə həyata keçirdiyi "Ctrl is hers" proqramında 66 iştirakç

Bank of Baku-da hüquqi şəxslərə özəl depozit – 11%-dək gəlir

Ölkənin seçilən banklarından olan Bank of Baku biznes sahiblərinə öz maliyyə vəsaitlərini dəyərləndirmək və gəlir mənbəyinə çevirmək fürsəti təqdim edir. xəbər verir ki, HÜQUQİ ŞƏXSLƏR öz sərbəst vəsaitlərini Bank of Baku-d

Limit 20 mindən 50 minə qaldırıldı - Bu tarixdən

Maliyyə Monitorinqi Xidməti (MMX) elektron köçürmələrin hesabatlandırılması qaydasını yenidən dəyişib. xəbər verir ki, yeni qərara əsasən, maliyyə institutlarının MMX-yə məlumat və sənədlər təqdim etməli olduqları elektro

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının pensiya ödənişi başa çatdırılıb. Bu barədə -a ƏƏSMN-dən məlumat verilib. Bildirili

Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Unibank KB və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birgə təşkilatçılığı ilə Ticarətin Sürətləndirilməsi Proqramı çərçivəsində "Xarici Ticarətin Maliyyələşdirilməsi" mövzusunda maarifləndirmə tədbiri keçirilib

İCMA-nın İstanbul səfəri: mühüm görüşlər və yeni əməkdaşlıq imkanları - FOTOLAR

İCMA nümayənədləri işgüzr İstanbul səfərində mühüm görüşlər keçirib. xəbər verir ki, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) "Tibb Müəssisələri və Həkimlərlə İş" komissiyasının İstanbul səfəri çərçivəsind

"Pəncəli Ürəklər" aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək

Qırmızı Ürəklər Fondu 4 oktyabr – Ümumdünya Heyvanları Müdafiə Günü  ərəfəsində "Pəncəli Ürəklər" sosial aksiyasına başlayır. 21 oktyabr tarixinədək davam edəcək aksiya çərçivəsində hər kəs sahibsiz heyvanlara dəstə


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən görüntüleri bu gune olan xeberler cəbhədən son məlumatlar sonxeberler