"Unibank" Beyləqanda yeni filialını açdı
Azərbaycanın aparıcı banklarından olan "Unibank" KB ASC bölgələrdə müştərilərə daha yaxın olmaq və onlara keyfiyyətli maliyyə xidmətləri təqdim etmək məqsədilə Beyləqan şəhərində yeni filialını istifadəyə verib.
Yeni filial Beyləqan və ətraf rayonların fiziki şəxs olan sakinləri, eləcə də sahibkarlar üçün bütün əsas bank xidmətlərini təqdim edir. Burada müştərilərə kassa-hesablaşma əməliyyatları, biznes krediti və pərakəndə kreditlərin verilməsi, əmanətlərin yerləşdirilməsi, plastik kartların verilməsi, valyuta əməliyyatları və digər bank xidmətləri göstərilir.
Filial yeni konsept əsasında qurulub və yüksək xidmət standartları ilə fəaliyyət göstərir. Müştərilərin rahatlığı üçün filialın qarşısında 24/7 rejimində çalışan UTM və ödəmə terminalları quraşdırılıb. Bu avadanlıqlar vasitəsilə günün istənilən vaxtı mədaxil-məxaric əməliyyatlarını, ödənişləri və digər bank xidmətlərini sürətli və rahat şəkildə həyata keçirmək mümkündür.
Beyləqan şəhərinin mərkəzində- Sevil Qazıyeva küçəsində yerləşən filialı həftənin 5 günü müştərilərin xidmətindədir.
"Unibank" hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. "Unibank"ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərir. Bəzi filiallar isə həftənin şənbə günü də saat 10.00-dan 15.00-dək müştərilərin xidmətindədir.
"Unibank" - Sənin Bankın!
/ azxeber.com

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır