Unibank beynəlxalq konfransın dəstəkçisi olub
Bakıda "Alman-Azərbaycan İxracın Maliyyələşdirilməsi Konfransı 2025" keçirilib.
azxeber.com xəbər verir ki, Unibank KB ASC-nin də dəstəkçilər siyahısında olduğu tədbirin məqsədi, enerji və yaşıl texnologiyalar, su resurslarının idarə olunması, qida sənayesi, kənd təsərrüfatı və rəqəmsallaşma kimi əsas sahələrdə iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsidir. Konfrans çərçivəsində müxtəlif panel müzakirələri, ekspert təqdimatları və dövlət-özəl sektor dialoqları təşkil olunub.
Tədbirin dəstəkçilərindən olan Unibank, konfrans çərçivəsində daha bir mühüm təşəbbüsə imza atıb – bankın təşkilatçılığı ilə hər iki ölkənin sahibkarları arasında ikitərəfli işgüzar görüşlər təşkil edilib.
Bu görüşlər yerli sahibkarların yalnız bizneslərini böyütmək deyil, həm də xarici bazarlara çıxışını genişləndirmək və yeni tərəfdaşlıqlar qurmaq baxımından mühüm addımdır. Unibank bu kimi təşəbbüslərlə Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə, eləcə də yerli biznesin beynəlxalq inteqrasiyasına dəstək vermiş olur.
Unibank bundan sonra da sahibkarlığın inkişafını, ixrac imkanlarının artmasını və dayanıqlı maliyyə tərəfdaşlıqlarının qurulmasını təşviq edən layihələrdə fəal iştirakını davam etdirəcək.
Unibank-Sənin Bankın!



Xidmetler [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır